Neslihan Atagül: "Kadir mənə dəlilər kimi aşiqdir..." - FOTO

Neslihan Atagül: "Kadir mənə dəlilər kimi aşiqdir..." - FOTO
14:12 1 Dekabr 2016
139 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Kara Sevda" serialının ulduzu Neslihan Atagül "BeStyle" jurnalının üz qabığına çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa Kadir Doğulu ilə ailə qurduqdan sonra daha azad olduğunu deyib:

"Bacardığım qədər özüm olmağa çalışıram. Kimi isə razı salmaq kimi bir niyyətim yoxdur... Həyatımda məni çox sevən, mənə dəlilər kimi aşiq olan bir adam var. Mən də ona qarşı beləyəm... Kadir mənə dünyanın ən gözəl qadını kimi hiss etdirir".

Analıq üçün hələ çox vaxtının olacağını bildirən Neslihan: "Dünyanın vəziyyəti məlumdur, sağlam beyinli uşaq böyütmək istəyirəm. Özümüz da daha diqqətli valideyn olmalıyıq. Hazırda uşaq barədə düşünmürük", - deyib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/494735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR