Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Flora Kərimova tədbirdə əsəbiləşdi: "Tərbiyəsizlər" - video

Flora Kərimova tədbirdə əsəbiləşdi: "Tərbiyəsizlər" -  video

Date: 1 December 2016 14:16

Xalq artisti Flora Kərimova “Number one” mükafatlandırma mərasimində əsəbiləşib.

Axşam.az-ın məlumatına görə, müğənni səhnəyə çıxaraq gecəni tez tərk edənləri tərbiyəsiz adlandırıb:

“Bu məni çox məyus etdi. 76 yaşım var, hələ belə tərbiyəsizlik görməmişəm. Burda qalanların səbrinə, sayqısına, tərbiyəsinə çox sağ ol deyirəm. Mükafatını alıb, tez gedənlərə ayıb olsun. Bir nominasiya da lazımdır. Bir çoxlarına “tərbiyə, münasibət” nominasiyası verilməlidir. Amaliya xanımla (xalq artisti Amaliya Pənahova-red.) mən sona kimi oturmuşuq. O birilər gedir. Sənətə ürəyimizi qoyuruq. Hər adam bu ürək döyüntüsünü eşitmir".


Tags:  Flora Kərimova tədbirdə əsəbiləşdi Tərbiyəsizlər video

RƏYLƏR


Top news