Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

11 dövlət səhiyyə müəssisəsi özəlləşdiriləcək

11 dövlət səhiyyə müəssisəsi özəlləşdiriləcək

100-dən çox dövlət müəssisəsi bağlanır (14 Mart 2017 22:23)

Tarix: 1 Dekabr 2016 14:17

Azərbaycanda 11 dövlət səhiyyə müəssisəsinin özəlləşdirilməsi nəzərdə tutulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Onun sözlərinə görə, bunlar əsasən təsərrüfat hesablı müəssisələrdir:

"11 müəssisə artıq müvafiq siyahıya daxil edilib. Bunların da özəlləşdirilməsi labüddür. Ancaq gələcəkdə özəlləşdiriləcək müəssisələrin profilinin müəyyən müddətə dəyişdirilməməsi də gündəmdə olan məsələlərdəndir".

Nazir müavini bildirib ki, özəlləşdiriləcək səhiyyə müəssisələri sırasında Mərkəzi Neftçilər Xəstəxanası, Dənizçilər Xəstəxanası və Dəmiryolu Xəstəxanası da var.

Milli.Az


Teqlər:  dövlət səhiyyə müəssisəsi özəlləşdiriləcək



RƏYLƏR


Top xəbərlər