Ucarda Qarabağ əlillərinə ev verilib

Ucarda Qarabağ əlillərinə ev verilib
14:29 1 Dekabr 2016
183 Digər
Ölkə mətbuatı
A- A+

 

Ucar rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 6 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin fərdi yaşayış evlərinin hər biri onların təqdim olunduğu şəxslərin ailə üzvlərinin sayına uyğun olaraq üçotaqlıdır və evlərdə müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılması təmin edilib.

 

Yeni fərdi yaşayış evlərinin istifadəyə verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ucar rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə qeyd olunub ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı bu təbəqələrdən olan şəxslərin mənzillə təminatı sahəsində mühüm irəliləyişlərə imkan yaradıb. Sərəncamın icrası işlərinin davamı olaraq, cari ildə ƏƏSMN 30-dan çox rayonda 140 ədəd fərdi yaşayış evini və 54 mənzilli yaşayış binasını, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 ədəd mənzili istifadəyə verib. Beləliklə, bu il nazirlik 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsini mənzillə təmin edib.

 

Yeni fərdi yaşayış evlərinin təqdim edildiyi Qarabağ müharibəsi əlilləri isə minnətdarlıqlarını bildiriblər.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR