Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Kubokunun oyunu bir dəqiqəlik sükutla başlanacaq

Azərbaycan Kubokunun oyunu bir dəqiqəlik sükutla başlanacaq

Date: 1 December 2016 14:37

Bakı. 1 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "İnter" - "Qaradağ Lökbatan" oyunundan öncə bir dəqiqəlik sükut elan olunacaq. Bu barədə "Report"a "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.
Onun sözlərinə görə, anım tədbiri içərisində Braziliyanın "Şapekoense" klubu üzvlərinin olduğu təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirmiş "İnter"in sabiq müdafiəçisi Filipe Maçado üçün nəzərdə tutulub: "Məsələ ilə bağlı Peşəkar Futbol Liqasına müraciət etdik. Qurum müraciətimizi müsbət cavablandırdı. Oyundan öncə bir dəqiqəlik sükutla sabiq futbolçumuzu yad edəcəyik".
Dekabrın 2-də "İnter Arena"da keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.
Qeyd edək ki, Kolumbiyada baş vermiş təyyarə qəzasında dünyasını dəyişən Braziliyanın "Şapekoense" komandasının üzvü Filipe Maçado 2009-2010 mövsümünün ikinci, 2010-2011 mövsümünün ilk yarısında "İnter"də çıxış edib.


Tags:  Azərbaycan Kubokunun oyunu dəqiqəlik sükutla başlanacaq

RƏYLƏR


Top news