Rusiyanın Leninqrad vilayətində Azərbaycan vətəndaşları tutulub. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, onlar oğurluqda ittiham edilirlər. Hadisə Puşkin şəhərində baş verib.
Belə ki, naməlum şəsxlər Konyuşennoy küçəsində yerləşən və 24 saat işləyən ərzaq mağazasına hücum ediblər. Bıçaqla mağazaya girənlər qadın satıcını da yaralayıb, onun çantasına doldurduqları pul, qida, siqaret və araqla qaçıblar.
Döyülən qadın həyəcan siqnalını basa bilib. Qarətçiləri tutmaq üçün elə də çox vaxt lazım olmayıb. Onların içərisində olduğu avtomobilin qarşısı kəsilib.
Saxlanılan Azərbaycan vətəndaşları 23-41 yaş arası olan şəxslərdir.
Onlar kassadan 50 min rubl (650 manat) pul götürüblər. Vurduqları ziyanın ümumi məbləği isə hesablanır.