MTN generalının işindəki zərərçəkənlə bağlı - Şok dələduzluq faktları

MTN generalının işindəki zərərçəkənlə bağlı - Şok dələduzluq faktları
14:42 1 Dekabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

"MTN işi" ilə bağlı hər gün yeni cinayətlərin, yeni məlumatların üzə çıxdığı bir məqamda bu qurumun digər qruplaşmasının rəhbəri olan general-mayor Sübahir Qurbanova qarşı irəli sürülən ittihamda qeyd olunan epizodlardan biri ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Milli.Az xəbər verir ki, S.Qurbanovun sabiq vəkili Valeri Vəliyev qafqazinfo-ya müdafiə etdiyi şəxsin cinayət işində zərərçəkmiş kimi tanınan Cəmşid Novruzovla bağlı maraqlı məqamları açıqlayıb.

İttihama görə, Sübahir Qurbanov vəkili Valeri Vəliyev vasitəsilə C.Novruzova məxsus 4,5 milyon manat dəyərində 3 mərtəbəli tikilini zorla dələduzluq yolu ilə 305 min manata alıb. Həmçinin, MTN generalı onun bağını, maşınını, ailə üzvlərinin bank hesablarındakı pulları da hədə-qorxu ilə ələ keçirib. Həmin əmlakın isə saxta yollarla, öncə "Royalbank"ın sədri Əli Camın adına keçirildiyi, sonra isə saxta hərracla S.Qurbanovun oğlu Erkinə satıldığı qeyd olunub.

C.Novruzov Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin qohumudur.

V.Vəliyev isə zərərçəkən kimi tanınan C.Novruzovun əslində özünün dələduz olduğunu bildirib. O qeyd edib ki, C.Novruzov bundan öncə 2 dəfə həbs olunub. C.Novruzov və atası Şövqi Novruzov Azərbaycan-Rusiya-Türkiyə-Avstraliya "Razvitiye" birgə müəssisəsinin əmlakını saxta sənədlər vasitəsilə ələ keçirdiklərinə görə 1997-ci ildə həbs ediliblər. Ş.Novruzov 4 il həbs cəzası alsa da, C.Novruzov amnistiyaya düşüb. C.Novruzov 2004-cü il sentyabr ayında Əhməd Vəliyevin sahibi olduğu "Muğanbank"ın "Gənclik" filialının müdiri olanda saxta sənədlər vasitəsilə 704 min manat vergidən yayınmaqda təqsirləndirilərək həbs olunub və 8 ay həbsdə qaldıqdan sonra məhkəmə qərarı ilə azadlığa buraxılıb.

Həbsdən çıxan C.Novruzov Əli Camın rəhbəri olduğu "Royalbank"da işə düzəlir. Burada atasının sürücüsünü Tovuz filial mütəxəssisi kimi rəsmiləşdirib onun adına maaş alıb. Bundan başqa, yaxınlarının adına 7 faizlə kənd təsərrüfatı krediti adı ilə 400 min manat ayırıb, həmin pulu təkrar bankda 22 faizlə depozitə qoyub və bu yolla bir hesabdan 76 min manat qazanıb.

Ə.Cam bunlardan xəbər tutduqdan sonra onun bir əməli barədə Tovuz prokurorluğuna müraciət edib. C.Novruzov üçüncü dəfə həbsinin reallaşacağını biləndə qohumu Əhməd Vəliyevə müraciət edib. Ə.Vəliyevin xahişi ilə Ə.Cam şikayətindən imtina edib, lakin C.Novruzovun mənimsədiyi pulları qaytarmasını tələb edib. Buna görə C.Novruzov bankdan götürüb ödəmədiyi kreditlər hesabına Beyləqan filialında anasının adına açdığı depozit hesabdan 476 min manat, qızı Nigarın adına Nərimanov filialında olan hesabdan 80 min manat çıxarıb və illərdir ödəmədiyi kreditlərin bağlanması üçün təkrar banka köçürüb.

C.Novruzovun maşınını isə Sübahir Qurbanov yox, qohumu, Ə.Vəliyevin oğlu Munir Vəliyev əlindən alıb. M.Vəliyev Əli Cama zəng edərək C.Novruzovun ona borclu olduğunu və bu pulların əvəzində maşını ondan götürdüyünü deyib.

4,5 milyonluq əmlakla bağlı isə vəkil V.Vəliyev deyib ki, burada da C.Novruzov saxta sənədlərdən istifadə edib. Onun prokurorluğa təqdim etdiyi sənəddə Zabitlər Evi ilə "Razvitiye" müəssisəsi arasında həmin ərazinin icarəyə verilməsi barədə müqavilə olduğu qeyd olunub. Lakin Müdafiə Nazirliyi rəsmi olaraq belə bir müqavilənin bağlanmadığını bildirib.

Həmçinin, 2009-cu ildə bağlanan müqavilədə Zabitlər Evinin rəisi kimi göstərilən Rəşad Abuzərovun bu vəzifəyə 2014-cü ildə təyin olunduğu qeyd olunub. Həmin ərazi və tikili "Royalbank"ın sahibi Əli Cama məxsus olub və açıq hərracda satılıb.

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Tarixdə bu gün: 30 mart

30 Mart 2017 08:53

Hindistanda qatar relsdən çıxdı: 18 yaralı

30 Mart 2017 08:52

Yuxunun keyfiyyəti izlənəcək

30 Mart 2017 08:52

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

30 Mart 2017 08:49

Meksikada 10 meyit tapıldı

30 Mart 2017 08:47

Opera mini yeniləndi

30 Mart 2017 08:47

Qubada yanğın olub

30 Mart 2017 08:47

Huawei Honor Note 9 modelinin ilk fotosu sızdırıldı

30 Mart 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

30 Mart 2017 08:47

Yuxuda təcavüzə məruz qalan qız polisə müraciət etdi - FOTO

30 Mart 2017 08:43

İnsan beyni ilə kompüteri əlaqələndirəcək

30 Mart 2017 08:37

Bədənində döymə olanlara diqqət!

30 Mart 2017 08:33

Corc Maykl 3 aydan sonra dəfn edildi

30 Mart 2017 08:32

Samsung Galaxy Note 7 yenidən satılacaq

30 Mart 2017 08:32

Tramp qızını da dövlət qulluqçusu etdi

30 Mart 2017 08:28

Bakıda yaşayış binasında yanğın olub

30 Mart 2017 08:27

Twitter pullu olacaq?

30 Mart 2017 08:27

Müalicəvi zəlinin saxlanılma qaydası

30 Mart 2017 08:23

Bağdadda partlayış: 17 ölü

30 Mart 2017 08:22

Liflərdən istifadə asanlaşacaq

30 Mart 2017 08:22

Yaddaşı artırmağın 15 yolu

30 Mart 2017 08:18

Argentinada marixuana leqallaşdı

30 Mart 2017 08:17

3 D printerlə... yaşayış binaları çap ediləcək

30 Mart 2017 08:17

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib

30 Mart 2017 08:12

Smartfonlarda mətn daha tez yığılacaq

30 Mart 2017 08:12

Türkiyə Suriyada yeni əməliyyata başlaya bilər

30 Mart 2017 08:08

"Komandamızın dünya çempionatının finalına çıxmaq şansı var"

30 Mart 2017 08:05

Smartfon ekranının kənar gözlərdən qorunacaq

30 Mart 2017 08:05

İrland dənizi üzərində vertolyot itib

30 Mart 2017 08:05

“Google” fotoqraflar üçün sosial şəbəkə yaradır

30 Mart 2017 08:05

Məhkəmə Tramp əleyhinə növbəti qərar çıxardı

30 Mart 2017 07:59

Şvaynştayger MLS-də!

30 Mart 2017 07:58

Təyyarələrlə bağlı yasağın səbəbi bilindi

30 Mart 2017 07:52

Oturaq insanlar, bunu etsəniz...

30 Mart 2017 07:48

“Ağıllı” lampalar populyarlaşacaq

30 Mart 2017 07:42

İvanka Tramp prezidentin xüsusi müşaviri olacaq

30 Mart 2017 07:40

Məhkəmə eks-prezident barəsində həbs qərarı çıxardı

30 Mart 2017 07:39

“Microsoft” ilk qatlanan noutbuk hazırlayacaq

30 Mart 2017 07:37

Şvaynştayqer rəsmən "Chicago Fire”a keçdi

30 Mart 2017 07:34

Ər arvadının başını hamamda kəsdi - Bakıda dəhşət

30 Mart 2017 07:32

Blanka yeni reklamda - FOTO

30 Mart 2017 07:32

ABŞ-da ağır qəza: 12 nəfər öldü

30 Mart 2017 07:28

Görünən rənglərin sayınını artıracaq

30 Mart 2017 07:27

ABŞ bu ölkəyə 19 ədəd qırıcı satacaq

30 Mart 2017 07:13

Yeni süni dəri Günəş enerjisi ilə işləyir

30 Mart 2017 07:12

Yeni qeyri-adi hotellər - FOTOLAR

30 Mart 2017 06:38

ABŞ-da avtobus yük maşını ilə toqquşdu: 12 ölü

30 Mart 2017 06:34

Populyar aktrisa jurnalı bəzədi - FOTO

30 Mart 2017 06:32

Hindistanda qatar relsdən çıxdı - 18 yaralı

30 Mart 2017 06:19

“Linkedİn” Rusiyada qeydiyyata alındı

30 Mart 2017 06:10