Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Arvadını stəkanla öldürən narkomanın işi MƏHKƏMƏDƏ

Arvadını stəkanla öldürən narkomanın işi MƏHKƏMƏDƏ

Date: 1 December 2016 14:44

Narkotik vasitənin təsirin altında stəkanla arvadını qətlə yetirən 1971-ci il təvəllüdlü Müzəffər Piriyevin cinayət işinin istintaqı başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, cinayət işinin istintaqı Səbail rayon Prokurorluğunda başa çataraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

 

Cinayət işi hakim Tamella Nəsrullayevanın icraatına verilib. İşə yaxın günlərdə baxılacaq.

 

 

Qeyd edək ki, qətl Səbail rayonu, Gülbala Əliyev küçəsi 13 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1971-ci il təvəllüdlü Piriyev Müzəffər Zərintac oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını boğaraq öldürüb.

Hadisədən sonra Müzəffər Piriyev özü polisə gələrərək hadisə barədə məlumat verib.
 

İlkin dindirilmə zamanı Piriyev arvadını boğduğunu bəyan edib. Amma cəsədin müayinəsi zamanı patoloqoanatomlar başqa nəticəyə gəliblər. Abbasova beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub. Baş nahiyəsində olan yaralar bunu sübut edir. Şüşə stəkan ilə Piriyev var qüvvəsi ilə arvadının başına bir neçə zərbə vurub. Stəkan sınmayıb, o əşyayi-dəlil kimi hüquq mühafizə orqanı əməkdaşları tərəfindən müsadirə edilib. 

Qətli törədərkən Piriyev narkotik vasitələrin təsiri altında olub. Bundan başqa, davranışı onda şizofrenik meyllərin olduğuna işarə edir. 

Müzəffər Piriyev əvvələr də məhkumluq həyatı yaşayıb və sonuncu dəfə 2001-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və 1 il həbsxanada qaldıqdan sonra azadlığa çıxıb. 


Tags:  Arvadını stəkanla öldürən narkomanın işi MƏHKƏMƏDƏ


RƏYLƏR


Top news