Azərbaycan əhalisinin 2017-ci il üçün sayı açıqlandı

Azərbaycan əhalisinin 2017-ci il üçün sayı açıqlandı
14:48 1 Dekabr 2016
382 Ölkə
Ölkə mətbuatı
A- A+

“Gələn ilin sonunadək Azərbaycan əhalisi sayının 9 milyon 822 min nəfərə çatacağı gözlənilir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir deyib ki, 2017-ci ildə doğulanların sayının 159 min nəfər, təbii artımın 102,5 min nəfər təşkil edəcəyi, doğulanda gözlənilən ömür uzunluğunun 75,2 yaşa, o cümlədən qadınlar üzrə 77,6 yaşa, kişilər üzrə 72,7 yaşa çatacağı, 15 yaşınadək əhalinin bütün əhalinin 22,5 faizini, 15-64 yaşadək əhalinin bütün əhalinin 71,3 faizini, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2 faizini təşkil edəcəyi gözlənilir:

“Əmək qabiliyyətli yaşda olan əhalinin orta illik sayının 6,2 milyon nəfər olacağı, ölkə əhalisinin 63,1 faizini təşkil edəcəyi, iqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 740 min nəfərə çatacağı və iqtisadi fəal əhalinin 95 faiz təşkil edəcəyi proqnozlaşdırılır. 2017-ci ildə muzdla işləyənlərin orta illik sayı 1 milyon 520 min nəfər və ya məşğul əhalinin 32,1 faizi qədər, iqtisadiyyatda sərbəst məşğul əhalinin orta illik sayı isə 3 milyon 220 min nəfər proqnozlaşdırılır. Nəzərdə tutulur ki, hər işçiyə hesablanmış orta əmək haqqı ilin əvvəlinə nisbətən 3,7 faiz artaraq 508 manata çatacaq”.

S.Müslümov bildirib ki, 2017-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı proqnozlar əsasında əmək pensiyaçılarının orta illik sayını formalaşdırıb:

“Bu da təqribən 1 milyon 324 min nəfər nəzərdə tutulur. Bu, hazırda orta illik saydan təqribən 16 min nəfər çoxdur”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/178131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR