Azərbaycanda noyabrda icbari avtosığorta ilə bağlı 1 400-ə yaxın Yaşıl Kart müqaviləsi bağlanılıb

Azərbaycanda noyabrda icbari avtosığorta ilə bağlı 1 400-ə yaxın Yaşıl Kart müqaviləsi bağlanılıb
14:52 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanda bu ilin noyabr ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçı şirkətləri 1 367 beynəlxalq sığorta müqaviləsi bağlayıb. 
Bu barədə “Report”a İcbari Sığorta Bürosundan bildirilib.
Məlumata görə, müqavilələrdən 672-si Türkiyə və İrana, 644-ü Rusiya, Moldova və Ukraynaya, 51-i isə Yaşıl Kart sisteminə daxil olan digər ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.
Noyabrda beynəlxalq sığorta müqavilələri üzrə toplanan sığorta haqqı 91 866 manat təşkil edib. Yaşıl Kart üzrə bağlanılan müqavilələrin 1 125-i minik, 133-ü yük, 98-i qoşqu, 11-i isə avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-noyabrda-icbari-avtosigorta-ile-bagli-1-400-e-yaxin-yasil-kart-muqavilesi-baglanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR