Axar.az-ın yeni addımına ziyalılardan BÖYÜK DƏSTƏK

Axar.az-ın yeni addımına ziyalılardan BÖYÜK DƏSTƏK
14:58 1 Dekabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 29-da Axar.az saytının əski Azərbaycan əlifbası ilə yeni versiyası fəaliyyətə başlayıb.

Bu yenilik İranda, İraqda, Suriyada yaşayan və bu əlifba ilə oxuyan azərbaycanlılar üçün nəzərdə tutulub.

Xüsusən də, İranda yaşayan azərbaycanlıların sayını və onların latın qrafikası ilə oxumasının çətinliyini nəzərə alsaq, bu yeniliyin nə qədər əhəmiyyətli olduğunu anlamaq olar. Bu, latın qrafikasını öyrənməkdə çətinlik çəkən soydaşlarımızın Azərbaycandakı gündəlik xəbərlər, ədəbiyyat, mədəniyyət, tarixlə bağlı məlumat əldə etməsi üçün vacib addım kimi dəyərləndirilə bilər.

Publika.az ziyalıların Axar.az bu addımı ilə bağlı fikirlərini öyrəndi.

Картинки по запросу nizami cəfərov

Millət vəkili Nizami Cəfərov ölkəmizdə belə bir ənənənin olduğunu və onun yenidən bərpa edilməsinin yüksək dəyərləndirdiyini deyib: “1990-cı illərin əvvəllərində “Ədəbiyyat” qəzeti Nəriman Həsənzadənin baş redaktor olduğu dönəmdə kirillə yanaşı, ərəb, latın qrafikası ilə yazılar çap edirdi. Çünki həmin dövrdə Cənubi Azərbaycanla əlaqələr genişlənməyə başlamışdı. Qəzet dünyanın müxtəlif ölkələri ilə yanaşı Cənubi Azərbaycanda da oxunurdu. Güman etmirik ki, qısa zamanda Cənubi Azərbaycanda latın qrafikasını öyrənsinlər. Ona görə də Azərbaycandakı saytlarda ərəb əlifbasında məlumatların çatdırılması əhəmiyyətlidir”.

Millət vəkili əski əlifba ilə veriləcək informasiyalara da xüsusi diqqət edilməli olduğunu düşünür: “Veriləcək informasiyaların siyasəti müəyyən edilməlidir. Yaxşı olardı ki, bu əlifba ilə yayılan məlumatlarda daha çox müasir məsələlər əks olunsun. Bu gün Azərbaycanda mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində məlumatların cənublu soydaşlarımıza çatdırılmasına ehtiyac var. Bu bölmədə həmçinin tarixi abidələrimiz, tarixi hadisələr, türk dünyası ilə bağlı ortaq dəyərlərin təbliği istiqamətli məlumatlar verilə bilər”.

Картинки по запросу sabir rüstəmxanlı

Azərbaycan Dil Qurumunun başqanı Sabir Rüstəmxanlı hesab edir ki, bu bir az gecikmiş addımdır: “Axar.az-ın bu layihəsini ürəkdən alqışlayıram. Əslində bu iş dövlət səviyyəsində təşkil olunmalıdır. Bir sıra televiziya və radio verilişləri Güney Azərbaycanda tarixi öyrətmək, mədəniyyəti təbliğ etmək yönündə hazırlanmalıdır. Həmçinin, jurnal, dərslik və kitabların bir hissəsi ərəb əlifbası ilə çap oluna bilər. Cənubda heç də hər kəs latın qrafikası ilə oxuya bilmir. Millətin birliyi, eyni zamanda mədəniyyət, tarixinin, ədəbiyyatının birliyi istiqamətində bütün işlər dövlət tərəfindən dəstək almalıdır. Bu xalqın birliyini pozan qüvvələrə qarşı bir yerdə ən azı mədəni savaş aça bilərik ki, millət bir-birindən uzaqlaşmasın. Axar.az-ın bəzi xəbərləri, ədəbiyyat nümunələrini Azərbaycan dilində ərəb əlifbası ilə saytında yerləşdirməsi son dərəcə önəmlidir. Saytda bəzi məlumatların fars dilində verilməsi də mümkündür. Qoy bizim məlumatlarımızı qonşularımız da oxusun. Güman edirəm ki, səhifənin oxucularının sayı gələcəkdə daha çox olacaq”.

S.Rüstəmxanlı əski əlifbaya diqqətin artırılmasının, habelə orta məktəblərdə onun tədris edilməsinin tərəfdarı olduğunu deyir: “Orta məktəbdə xüsusi kursda yarım il əski əlifba tədris edilə bilər. Bununla da gənclərimiz də Cənubi Azərbaycandakı soydaşlarımızın yazılarını oxuya bilər. Millətin birliyi üçün ərəb əlifbasının tədrisinə ehtiyac var. Necə ki, babalarımız Azərbaycan dili ilə yanaşı ərəb və fars dillərini də bilirlər”.

Картинки по запросу Sayman Aruz

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Cənubi Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz dəfələrlə saytlara əski əlifba ilə bölmələrinin yaradılmasını təklif etdiyini bildirir: “Azərbaycanlıların əksəriyyəti əski əlifba ilə yazıb-oxuyur. Cənubi Azərbaycanda milli oyanış hərəkatı prosesinin əsasında soydaşlarımız ana dilində oxumağa meyl ediblər. Onlar Azərbaycan qrammatikası, ədəbiyyatını öyrənmək, şimalla körpü yaratmaq istəyirlər. Bu məsələdə onlar yazı problemi ilə qarşılaşırlar. Ona görə də şimalda əski əlifba ilə məlumatlar yayan saytlar olmalıdır. Artıq Axar.az saytı bununla bağlı addım atdı. Bu saytın gələcəyini çox uğurlu hesab edirəm. Hesab edirəm ki, bu böyük addım oldu”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/178127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR