Azərbaycanın daşınmaz əmlakın icbari sığorta bazarı noyabrda 2 dəfə artıb

Azərbaycanın daşınmaz əmlakın icbari sığorta bazarı noyabrda 2 dəfə artıb
15:02 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 15 383 sığorta müqaviləsi bağlanılıb. İcbari Sığorta Bürosundan (İSB) “Report”a verilən məlumata görə, bu sığorta növü üzrə daxil olan sığorta haqlarının ümumi məbləği isə 2,1 mln. manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 85,9%-i yaşayış evləri və mənzillər, 0,2%-i inzibati binalar, 13,9%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 7%, sığorta haqlarının məbləğində isə 2 dəfədən çox artım baş verib.
Noyabrda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 158, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 11 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 11 550 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 8 642 manat təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-dasinmaz-emlakin-icbari-sigorta-bazari-noyabrda-2-defe-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR