Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Zirə"nin yubileyləri

"Zirə"nin yubileyləri

Date: 1 December 2016 15:07

“Zirə” Topaz Premyer Liqasının XIII turunda 3 yubiley qeyd edib. Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu üçün “İnter”lə görüş güclülər dəstəsində evdə keçirdiyi 25-ci qarşılaşma olub. 


25-ci matç həm də 5-ci heç-heçə ilə əlamətdar olub. 1:1 hesabı ilə başa çatan matçadək zirəlilər öz meydanında 4 dəfə bərabərliklə kifayətlənmişdi. Qazanılan 1 xal sayəsində “Zirə”nin öz meydanında topladığı xalların cəmi 50-yə çatıb. Paytaxt təmsilçisi 25 görüşdə 15 qələbə qazanıb, 5 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Evdə 35-ci qolunu vuran komanda 23-cü dəfə topu qapısından çıxarıb.


Qeyd edək ki, növbəti turun qarşılaşması “Zirə” üçün Premyer Liqada 50-ci, səfərdə 25-ci matç olacaq.



Tags:  Zirənin yubileyləri

RƏYLƏR


Top news