Futbolçuları təyyarə qəzasında ölən klubun qapıçısı karyerasını başa vurdu

Futbolçuları təyyarə qəzasında ölən klubun qapıçısı karyerasını başa vurdu
15:17 1 Dekabr 2016
89 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyada baş verən təyyarə qəzasında futbolçuları ölən Braziliyanın "Şapekoense" klubunun qapıçısı Joze Nivaldo peşəkar karyerasını başa vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, təyyarədə olmayan 42 yaşlı qapıçı qərarını təşkil olunan mətbuat konfransında açıqlayıb.
Qəzada komandanın 19 üzvünün öldüyünü bildirən Nivaldo karyerası ilə bağlı qərarını göz yaşları içində ictimaiyyətin diqqətinə çatdırıb: "Mən də orada olmalı idim, amma gedə bilmədim. Komandanın səfər planında dəyişiklik oldu. Onlar Şapekoya qayıtmaq əvəzinə Medelyinə uçdular. Baş məşqçi Kayo Junior mənə zəng edərək final heyətində yer almadığımı bildirdi".
Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan 81 nəfərdən 76-sı dünyasını dəyişib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR