Təhsil Nazirliyinə müraciətlərin sayı artıb

Təhsil Nazirliyinə müraciətlərin sayı artıb
15:19 1 Dekabr 2016
376 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Təhsil Nazirliyinin telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə 13568 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 10291 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,3 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə çox) qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3277 vətəndaşa xidmət göstərilib.

 

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1582 sənəd (484 ərizə, 727 məktub, 371 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

 

Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin diaqnostik qiymətləndirilməsi, müəllimlərin işə qəbulu, ümumi təhsil müəssisələrində uşaqların yerdəyişməsi, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.

 

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2 060 zəng), çərşənbə axşamı (2607 zəng) və çərşənbə (2061 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub.

 

Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (754 müraciət) və cümə (714 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR