Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev yenidən yekdilliklə Milli Olimpiya Komitəsinin prezidenti seçilib

İlham Əliyev yenidən yekdilliklə Milli Olimpiya Komitəsinin prezidenti seçilib

Date: 1 December 2016 15:32

Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

O bildirib ki, seçki MOK-un bu gün keçirilən Hesabat-Seçki Konfransı çərçivəsində baş tutub: "Konfransda iştirak edən MOK üzvləri yekdilliklə, böyük həvəs və sevinc hissi ilə cənab prezidenti yenidən MOK-un prezidenti seçdilər. Bu münasibətlə idman ictimaiyyəti adından dövlətimizin başçısını təbrik edirik. Bugünkü böyük nailiyyətlərimizin əsasını idmançının əsl dostu, idmana böyük köməklik göstərən, dəstək olan cənab prezident qoyub. Ona böyük uğurlar arzulayırıq".

Qeyd edək ki, Prezident İlham Əliyev MOK-a 1997-ci ildən rəhbərlik edir.

Milli.Az


Tags:  İlham Əliyev yenidən yekdilliklə Milli Olimpiya Komitəsinin prezidenti seçilib

RƏYLƏR


Top news