Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Riberi Van Qaalın dövründə komandanı tərk edəcəkdi"

"Riberi Van Qaalın dövründə komandanı tərk edəcəkdi"

Date: 1 December 2016 15:32

"Bavariya"nın eks-müdafiəçisi Daniel van Buyten fransaFrank Riberinin vaxtilə klubdan ayrılmaq üzrə olduğunu qeyd edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Van Buyten buna klub prezidentinin mane olduğunu vurğulayıb.

"Bavariya"nın məşqçisi Van Qaal olanda Riberi klubu tərk etməyə yaxın idi. Bir dəfə mənə Höness zəng vurdu, Riberinin ailəsi ilə birlikdə onlara gəlməyimizi istədi. Höness olmasaydı, Riberi Van Qaalın dövründə komandanı tərk edəcəkdi".

Van Qaal 2009-2011-ci illərdə "Bavariya"nın sükanı arxasında olub. Onun rəhbərliyi altında Münhen klubu bütün daxili titullara sahib çıxmışdı.

Milli.Az


Tags:  Riberi Van Qaalın dövründə komandanı tərk edəcəkdi

RƏYLƏR


Top news