Dünyada hava və su kimi ehtiyac duyulan, amma Azərbaycanda olmayan şey - FOTO

Dünyada hava və su kimi ehtiyac duyulan, amma Azərbaycanda olmayan şey - FOTO
15:33 1 Dekabr 2016
119 Digər
Ölkə mətbuatı
A- A+

“Wi-Fi” baş ağrıdır, “Wi-Fi” depressiyaya səbəb olur, “Wi-Fi” xərçəng yaradır...

Wi-Fi -nin daha nələrə səbəb olduğunu bilmək üçün “Google”da yüzlərlə yazı oxuya bilərsiniz. Bu, öz yerində, çünki biz yazımızda Bakıda Wi-Fi-nin olmamasından danışacağıq.

Wi-Fi-ın zərəri barədə yazılanlara etirazımız yoxdur. Amma zərərlidir deyib, özümüzü dünyadan təcrid edə bilmərik. Hələ ki, təcrid olunmuşuq. Ən azı paytaxtda hansısa park, ictimai yerə gedəndə özünüzün internet paketiniz yoxdursa, sözün həqiqi mənasında dünyadan təcrid olunursunuz. Regionlarda isə bu məsələdən danışmaq hələ ki, tezdir.

Publika.az-ın “Müfəttiş” layihəsində bizi dünyadan təcrid edən səbəbləri araşdıracağıq.

Haşiyə: Wi-Fi kompüterlərin lokal şəbəkəyə birləşdirilməsi və onların internetə qoşulmaq üçün müasir simsiz texnologiyasıdır. "Wi-Fi" sözü ingilis söz birləşməsi olan "Wireless Fidelity"-dən götürülüb və tərcüməsi təxminən verilənlərin simsiz ötürülməsinin yüksək dəqiqliyi deməkdir.

Zərərini anladıq, bəs “Wi-Fi” bizim nəyimizə lazım?

Lazımlılıq məsələsini metroda - yerin altında telefon şəbəkəsi tutmayanda, qatarda uzun yol gedəndə, avtobusda, parkda, restoranda yemək yeyəndə də hiss etmək olar. Tapa bilirikmi? Ya da tapdığımız nə gündədir?

Bu gün internet, məlumat almaq ehtiyacı 20 il əvvəlkindən çox fərqlidir. İnsanlar harada olmasından, nə etməsindən asılı olmayaraq dünyadan xəbərdar olmaq istəyir. Deyə bilərsiniz ki, uzun yol gedən kitab oxusun da Wi-Fi onun nəyinə lazım? Bu, bir qədər yersiz yanaşmadır. Siz Wi-Fi verin, insanların onun nə məqsədlərlə istifadə edəcəyini sonra müzakirə edərik.

İnternetlə idarə olunan əşyalar

Hazırda dünyanın müxtəlif yerlərində meydanlarda, metrolarda, küçələrdə, hotellərdə Wi-Fi zonalar olur. İnsanlar istədikəri yerdə kompüter və ya mobil telefon vasitəsilə internetdən rahat istifadə edə bilirlər. Bu nədir ki, bu gün dünya evlərin internetlər idarə edilməsinə hazırlaşır. Proqnoza görə, əşyaların interneti yaxın 10 ildə dünya iqtisadiyyatında əsas trend və aparıcı sahələrindən birinə çevriləcək. Bu istiqamətdə verilmiş məlumatlara əsaslansaq, 2020-ci ildə əşyaların interneti bazarının həcmi 2 dəfədən çox artacaq və bazarda payı 1.7 trilyon dollar olacaq. 2030-cu ildə isə bu məbləğ 14.2 trilyon dollara çatacaq. Məlumata görə, 2020-ci ildə 50 milyarddan çox qurğu internetə qoşulacaq. Bu gün istifadə etdiyimiz əşyalar həmin qurğuların yalnız 17 faizini təşkil edəcək.

Hətta 2020-ci ildə 4 nəfərdən ibarət ailədə 50-dən çox şəbəkəyə qoşulmuş əşya olacaq. Artıq bir çox ölkələrdə ağıllı evlər qurulur.

“Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsinə uyğun olaraq intellektual idarə olunan mənzillərin yaradılması nəzərdə tutulub.

Amma “ağıllı evlər” yaradılana qədər hələ aşılması vacib olan çox maneə var.

Dünyada beşinci nəsil mobil rabitə (5G) şəbəkələrinə qoşulmaların sayı tezliklə 550 milyardı ötəcək, lider region isə bütün 5G qoşulmalarında payı 25 faiz təşkil edən Şimali Amerika olacaq. İkinci yerdə ümumdünya həcmində payı təxminən 10 faizə bərabər olacaq Asiya-Sakit okean regionu qərarlaşacaq. Qərbi Avropanın 5G şəbəkəsindən istifadədə payı təxminən 5 faizə çatacaq. Bizdə isə nəinki 5G, hətta 4G-nin tətbiqi sual altındadır. Məhz odur ki, indi paytaxtımızın ictimai yerlərində Wi-Fi-nin olmamasından danışırıq...

Harada “Wi-Fi” olacaq?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hələ avqust ayından "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla bütün Dənizkənarı Milli Park və “Fəvvarələr meydanı” ərazilərinin ictimai digər yerlərin Wi-Fi şəbəkəsi ilə təmin edəcəyi barədə məlumat yayıb. Məlumatda layihələndirmə işləri başa çatdığı, yaxın müddətdə layihənin icrasına başlanılacağı deyilmişdi. Hələ ki, bir səs yoxdur. Dünən yayılan məlumatda isə, layihənin 2017-ci ilin mart ayından etibarən istifadəyə veriləcəyi yer almışdı. Lakin nazirlik hələ ki rəsmi açıqlama verməyib.

Bəs metro, qatar və avtobuslar?

Ən azı paytaxtın bir sıra əraziləri ilə bağlı plan olduğunu bildik və reallaşması üçün dua edə bilərik. Bəs ictimai nəqliyyat necə?

Başlayaq metrodan. Hansı ki, bu məsələ zaman-zaman gündəmə gəlir. “Bakı Metropoliteni”ndən verilən əvvəlki açıqlamalar müsbət heç nə vəd etmirdi. Bu dəfə aldığımız məlumat da vəziyyətin dəyişmədiyini göstərdi. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hələ ki metroda Wi-Fi xidmətinin qurulmasının müzakirə edilmədiyini deyib: “Bizim üçün daha prioritet məsələlər var. Əsas məqsədimiz sərnişinlərin təhlükəsiz, rahat hərəkətini təmin etməkdir. Wi-Fi əlavə xidmətdir, lakin hələ ki bu məsələ müzakirə edilmir”.

Nəsimi Paşayevdən fərqli olaraq “Azərbaycan Dəmir Yolları”QSC-nin mətbuat katibi Nadir Əzməmmədov məsələyə daha optimist yanaşır.

Artıq Bakı-Sumqayıt istiqamətində hərəkət edən birmərtəbəli qatarlar Wi-Fi-la təmin edilib. N.Əzməmmədovun sözlərinə görə, insanların Wi-Fi ehtiyacını nəzərə alaraq digər istiqamətlərdə də şəbəkənin qurulması planlaşdırılır: “Bakı-Sumqayıt qatarlarında Wi-Fi var. Digər istiqamətlər qatarlarda bu zonanın yaradılması istiqamətində planlarımız var. Bakı-Böyük kəsik arasında rabitə xətləri yenilənir. Bu zaman da Wi-Fi məsələsi nəzərə alınacaq. Beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda bu xidmətin yaradılması üçün digər ölkələrlə razılaşdırmalar aparılmalıdır. Yalnız bizim təmin etməyimizlə məsələ həll edilmir”.

Fəaliyyətə başladığı vaxtdan digər avtobuslardan ən başlıca fərqlərindən biri Wi-Fi şəbəkəsi olan “Baku Bus”da isə hələ ki internet havası hiss olunmur. Qurumun mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bu məsələnin müzakirə mərhələsində olduğunu deyib.

Tələbənin internet aclığı var

İnternet istifadəçilərinin ən çox olduğu yerlərdən biri də universitetlərdir. Onların gündəlik dərslərdən tutmuş, əlavə məlumat almağa qədər hər məqamda internetə ehtiyacları var. Təəssüf ki, heç də bütün ali məktəblər bu imkanı yaratmır.

Bakı Dövlət Universiteti İnformasiya Texnologiyalar Mərkəzinin rəhbəri Əzbər Sadayev universitetin yalnız müəyyən ərazilərində Wi-Fi-la internetə girişin mümkün olduğunu dedi: “Bu gün tələbələr internetə tam doymayıb. Wi-Fi-ın dərs prosesinə mane ola biləcəyini əsas tutaraq məhdudiyyət qoymuşuq. Bütün fakültələrin internet otaqları var. Bu otaqlarda ümumilikdə 1500-dən çox kompüter mövcuddur ki, onların 95 faizi internetə qoşulub. İnternetə qoşulmaq istəyən tələbə bu otaqlardan istifadə edə bilər. Əsas odur ki, bütün otaqlarda internet xətti çəkilib. Lakin Wi-Fi şəbəkəsi qurulmayıb”.

Pilləkənlərdə qalanlar

Wi-Fi-ın yoxluğunu ən çox hiss edənlərdən biri də elə jurnalistlərdir. Müasir jurnalistikanın operativlik tələbini yerinə yetirmək üçün getdiyin məkanda Wi-Fi olması vacibdir. Təəssüf ki, nəinki küçə, parklar, dövlət müəssisələri, ali məktəblər, tədbirlərin təşkil olunduğu digər məkanlarda Wi-Fi sözün əsl mənasında tapıntı olur. Bu yaxınlarda Milli Elmlər Akademiyasında keçirilən “İkinci Elm Festivalın”da jurnalistlər hər xəbəri göndərmək üçün iki mərtəbə enib-qalxmalı oldular. Wi-Fi var idi, amma olmasa daha yaxşıydı. Bu, bir tərəfə heç jurnalistlər öz data kartlarından da istifadə edə bilmədilər. Bu, nə ilk, nə də sondur...

Hər gün bu problemlə qarşılaşan Xəbərlər.az saytının əməkdaşı Məltəm Talıbzadə problemin həll edilməməsini insanların internetin vacibliyini dərk etməməsində görür: “Tez-tez müxtəlif qurumların rəsmi tədbirlərində iştirak edirik. Əksər vaxt, tədbiri təşkil edən qurumlar məkanda Wi-Fi xidmətinin olub-olmaması, onun keyfiyyəti ilə maraqlanmır. Çox vaxt, sistemdə göstərilən Wi-Fi xidmətinə qoşulsaq da, xidmət aktiv göstərmir. Gərək, mütləq orada kimlərəsə yaxınlaşıb, problemin həlli üçün yardım alasan. Bu da bir jurnalist olaraq bizim vaxtımızı alır. Məlumatı dərhal ötürməliyik, amma özümüzdə əlavə internet olmasa, məkandakı internetin ümidinə qalırıq və bu da çox vaxt bizi geri salır. Ona görə mən tədbirlərə gedəndə mütləq özümlə data-kart götürürəm. Dəfələrlə bu problemlə üzləşmiş biri olaraq artıq məkanlarda olan Wi-Fi xidmətinin keyfiyyətinə ümid etmirəm. Eləcə də Bakıdakı restoran və kofelərdə. Əksər yerlərdə Wi-Fi quraşdırılsa da, keyfiyyətli deyil. Bir neçə nəfər qoşulduqdan sonra sürət zəifləyir. Ümid edirik ki, bu işə cavabdeh qurumlar məsələnin həlli üçün əllərindən gələni edəcək”.

İnformasiya rahatlığı təmin edilməlidir

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz bu gün ictimai yerlərdə Wi-Fi məsələsinin problemli olduğunu deyir: “İnsanların çox toplaşdığı yerlərdə internetə əlçatımlığın olması yaxşı olardı. Bu məkanlarda internet insanların oyun oynaması, ya da vaxt keçirməsi üçün nəzərdə tutulmur. Burada məqsəd insanlara daha tez və rahat informasiya əldə etmək imkanının yaradılmasıdır. Parklar, bulvar ərazisi və bu kimi ictimai yerlərdə insanlar istirahət edərkən həm də internet xidmətindən istifadə ehtiyacı duyurlar. Təkcə yerli vətəndaşlar deyil, eləcə də xarici qonaqları sayının artmasını nəzərə alaraq bu xidməti yaratmaq zərurəti var. Lakin hazırda bu məkanlarda internet əlçatan deyil. Başqa ölkələrdə ən azında pullu Wi-Fi-ya alternativ olaraq, pulsuz xidmət yaradılır. Lakin bizdə bir çox yerlərdə heç pullusu da yoxdur”.

Problemlərə baxmayaraq O.Gündüz gələcəyə ümidli yanaşır: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ASAN xidmət” mərkəzinin birlikdə “ASAN Wi-Fi” layihəsi var idi. Bütün “ASAN Xidmət” mərkəzlərində maneəsiz internet təmin ediləcəkdi. Həmçinin nazirliyin özünü də paytaxtın bir sıra ərazilərində bu xidməti təşkil etməklə bağlı planları var idi. Lakin hələ ki, bir yenilik yoxdur. “ASAN Xidmət” mərkəzlərində isə layihənin yaxın zamanda tətbiqi gözlənilir. Ölkəmizdə bu istiqamətdə gecikmələrin səbəbi dövlət qurumlarında bu istiqamətdə xərclərin nəzərdə tutulmaması ilə əlaqədardır. Yaxşı olardı ki, bundan sonra dövlət qurumlarında məhz bu məsələ üçün maliyyə ayrılsın”.

Hər yerdə internet

Biznesin inkişafı üzrə mütəxəssis Nicat Manafov bildirir ki, bizdən fərqli olaraq xarici ölkələrdə Wi-Fi hava, su qədər əhəmiyyətli məsələdir: “ABŞ, İngiltərədə bir çox bələdiyyələr bəlli bir səviyyədə pulsuz internet təmin edirlər. Bunu məhz həmin bölgəyə gələn turistlərin onları təbliğ etməsi üçündür. Turistin getdiyi məkandan çəkib paylaşdığı şəkillər turizm baxımından böyük təbliğat vasitəsidir. Qonşu Gürcüstan belə bu məsələdə çox irəli gedib”.

N.Manafov hesab edir ki, bu xidmətdə geri qalmağımızın iki başlıca səbəbi var: “Birincisi, bu sahəyə maraq azdır. İkinci məqam fiber internet alt yapısı yalnız Bakıda var. Hətta paytaxtda belə bu iş tam təmin edilməyib. Yəni infrasturuktur olmadığına görə bu sahə inkişaf edə bilmir. Ola bilər ki, hər hansı obyektdə Wi-Fi var, amma keyfiyyət aşağıdır. Şəbəkə paylayıcı avadanlıqlar aşağı keyfiyyətli olduğuna görə, 10-15 nəfərdən artıq eyni zamanda internetə qoşula bilmir. Şirkətlər ucuza qaçdığına görə Wi-Fi olan məkanlarda belə insanlar bu xidmətdən yararlana bilmir. Digər məqam isə internetin qiymətinin yüksək olması ilə bağlıdır”.

Ölkəmizə gələn turistlərin sayı gündən-günə artır. Heç olmazsa, ölkəyə gələn turistləri nəzərə alıb bu məsələdə qolları çırmalayın.

Gülxar Şərif

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Göyçayda uşağın çayda batdığı ehtimal olunur

30 Mart 2017 20:59

Azərbaycanlılar Rusiyada topdansatış ərzaq bazası TİKƏCƏKLƏR

30 Mart 2017 20:52

Bu qaya parçası erməninin başına düşdü - FOTO

30 Mart 2017 20:47

Azərbaycan kuboku:

30 Mart 2017 20:44

Səfirin məktubu 123 MİN DOLLARA SATILDI

30 Mart 2017 20:42

"Dinə inanmağın mənası yoxdur" - Azərbaycanı dünyaya tanıdan alim - FOTO

30 Mart 2017 20:37

5 yaşlı uşağın axtarışına başlanıldı

30 Mart 2017 20:33

Çində niqab QADAĞAN EDİLDİ

30 Mart 2017 20:32

Cəlilabadda qanunsuz at kəsimi və at əti tədarükü aşkarlandı - FOTOLAR

30 Mart 2017 20:28

Quşçuluq fermasında 30-dan artıq at cəmdəyi tapıldı - Cəlilabadda - FOTO

30 Mart 2017 20:27

Azərbaycanlı qızın erməni oğlanla

30 Mart 2017 20:25

İnsan orqanizmi üçün ən zərərli giləmeyvə

30 Mart 2017 20:18

Ukrayna malların Azərbaycan üzərindən daşınmasında maraqlıdır - FOTO

30 Mart 2017 20:17

Saqqal saxlamaq QADAĞAN OLUNDU

30 Mart 2017 20:17

Ərdoğanın proqramında dəyişiklik - PROBLEM YARANDI

30 Mart 2017 20:12

Nizami Hacıyev Zaur Svanadzenin taktikasını tənqid etdi

30 Mart 2017 20:07

Ən yaxın iki ildə MÜHARİBƏ, Moskva 20 il sonra... – GÜNÜN SİYASİ XÜLASƏSİ

30 Mart 2017 20:03

“Qolları həddiyə edəndən sonra futbolçular “sındı” - Zaur Svanadze

30 Mart 2017 19:57

"WhatsApp"da virus YAYILDI

30 Mart 2017 19:57

"Qəbələ" finalın qapısını açdı - VİDEO

30 Mart 2017 19:57

Bakıda ikimərtəbəli ev YANDI

30 Mart 2017 19:52

Hacı Şahin: "Metro öpüşmək yeri deyil. Bu, günahdır..." -

30 Mart 2017 19:50

Çində niqab qadağan edildi

30 Mart 2017 19:48

Nəriman Həsənzadə: "Xumar sözlərimə yeni nəfəs verib..."

30 Mart 2017 19:47

Sevinc Mirzəyevanın bacısı ondan imtina etdi

30 Mart 2017 19:44

5 yaşlı uşağın axtarışı başladı - Azərbaycanda

30 Mart 2017 19:42

Xorvatlar "Qəbələ"ni sevindirdi

30 Mart 2017 19:38

"Büstü düzəldəndə Ronaldunun internetdən tapdığım şəkillərindən istifadə etmişəm"

30 Mart 2017 19:37

Yığmamız Tailanda yollanır

30 Mart 2017 19:37

“Onun pərt olmasını başa düşmək olar” - Roman Qriqorçuk

30 Mart 2017 19:37

Çimərliklərə kanalizasiya suları axıdılmayacaq

30 Mart 2017 19:33

Putin Trampla görüşməyə hazırdır

30 Mart 2017 19:28

Arvadı 72 yaşlı aktyorla boşanır

30 Mart 2017 19:27

Azərbaycan KUBOKU: "Qəbələ" səfərdə "İnter"i məğlub etdi

30 Mart 2017 19:19

Fatimə təmtəraqlı ad günü edəcək - FOTO

30 Mart 2017 19:12

Qəbələdə ər arvadının boğazını kəsdi

30 Mart 2017 19:12

Fahriye və Burak qərarlarını verdilər!

30 Mart 2017 19:12

Zərərçəkən: “Azad olunmağım üçün MTN əməkdaşlarına 30 min dollar verdim”

30 Mart 2017 19:09

“Abay” kitabı təqdim olundu

30 Mart 2017 19:08

Azərbaycanlı qızın erməni KİŞİ İLƏ YENİ GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO/VİDEO

30 Mart 2017 19:03

Bakıda 3 otaqlı ev yanıb

30 Mart 2017 18:59

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

30 Mart 2017 18:57

Nüsrət məşhur seriala çəkildi - FOTO

30 Mart 2017 18:57

Arıqlamaq üçün 500 min dollar xərclədi - FOTO

30 Mart 2017 18:47

Daha bir küçədə hərəkət məhdudlaşdırılır

30 Mart 2017 18:44

Mədəniz ağrıyırsa, bundan yeyin

30 Mart 2017 18:42

Kişiləri bihuş edən gözəlçə milyonçu ərini ziyalı kişiyə DƏYİŞDİ - FOTO

30 Mart 2017 18:38

Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" nəfəs alətləri ansamblının konserti keçiriləcək

30 Mart 2017 18:37

Almaniya vətəndaşının evindən oğurluq edən qadına 8 İL HƏBS TƏLƏBİ

30 Mart 2017 18:34

Komitə sədri: “Azərbaycanda ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib”

30 Mart 2017 18:33