"Rejissorların əlində qalmayım deyə..." - Kənan

"Rejissorların əlində qalmayım deyə..." -  Kənan
15:36 1 Dekabr 2016
98 Şou
Ölkə mətbuatı
A- A+

Rejissor Kənan M.M. "ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, rejissor aktyorluq sevdasından söz açıb:

"4 il kinorejissorluq fakültəsində oxumuşam. Həmidə Ömərova, Eldar Quliyev, Ayaz Salayev, Yaşar Nuri, Məlik Dadaşov kimi tanınmışlardan dərs almışam. Məlik Dadaşov və Rasim Balayevə imtahan vermişəm. "Axırıncı aşırım" filmindən Qəmlonun danışığın hazırlamışdım. Gəldim gördüm ki, "Qəmlo" oturub qarşımda və imtahanı ona verəcəm. Qorxu tutdu ki, məni Qəmlonun özü qarşımda bunun özünə özünü necə parodiya edim? Orada onun diliylə "Abbasqulu bəyin nazıyla çox oynuyursan ha, Kərbalayı" dedim. Durdu ayağa alqışladı məni. Aktyorluğa həvəs bir az da oradan qalıb. Əzəldən aktyor olmaq istəmişəm. Amma rejissorların əlində qalmayım deyə, rejissor oldum. İndi də filmlərə çəkiləndə rejissorların əlində qalıram, amma məndən daha yaxşılarının".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62230

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR