Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azad Rəhimov Formula 1 üzrə Bakı mərhələsinin vaxtı və adının dəyişdirilməsinə münasibət bildirib

Azad Rəhimov Formula 1 üzrə Bakı mərhələsinin vaxtı və adının dəyişdirilməsinə münasibət bildirib

Date: 1 December 2016 15:42

Bakı. 1 dekabr. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov 2017-ci il üçün Formula 1 təqvimində Bakıda keçiriləcək Qran Prinin adının və vaxtının dəyişdirilməsinə də münasibət bildirib. 
"Report"un məlumatına görə, nazir jurnalistlərə açıqlamasında Beynəlxalq Avtomobil İdmanı Federasiyasının qərarının Azərbaycana bir neçə üstünlük verdiyini söyləyib. 
O deyib ki, gələn il iyunun 25-də dünyanın Formula 1 həvəskarlarının marağı yalnız Azərbaycana yönələcək: "Ölkəmizdə bu yarış ikinci dəfə keçiriləcək. Yenilik və dəyişiklik ondan ibarətdir ki, Avropa Qran Prisi yox, Azərbaycan Qran Prisi adlanacaq. İkinci böyük dəyişiklik odur ki, yarış iyunun 25-də keçiriləcək. Yəni, bu Qran Pri "24 saat Le Man" marafonu ilə üst-üstə düşməyəcək və maraq paytaxtımızdakı yarışa yönələcək. Daha bir üstünlük isə maşınlar və avadanlıqların Kanadadan vaxtında gətirilməsidir. Qısa müddətdə 6-7 böyük transfer təyyarəsinin boşaldılması ilə bağlı problemlə üzləşməyəcəyik".


Tags:  Azad Rəhimov Formula üzrə Bakı mərhələsinin vaxtı adının dəyişdirilməsinə münasibət bildirib


RƏYLƏR


Top news