Yunanıstanın paytaxtı Afinada partlayış olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, insident mərkəzdə yerləşən kafelərdən birində baş verib.
Partlayış nəticəsində 38 yaşlı qadın dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Hadisə yerinə gələn polislər partlayışın səbəbini araşdırmağa çalışır.
Milli.Az