Bakı. 1 dekabr. REPORT.AZ/ Yunanıstan paytaxtı Afinada kafedə partlayış olub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 38 yaşlı qadın həlak olub, daha 6 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Polis hadisə yerini mühasirəyə alıb və partlayışın başvermə səbəblərini müəyyənləşdirir.
Məlumata görə, partlayışdanm sonra yanğın başlayıb.