Türkiyə prezidenti: “Avropa İttifaqına tam hüquqlu üzv olmağa hazırıq”

Türkiyə prezidenti: “Avropa İttifaqına tam hüquqlu üzv olmağa hazırıq”
16:02 1 Dekabr 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ ”Biz Avropanın ev sahibiyik və bizi Avropadan xaric etməyə nə Avropa İttifaqı, nə də irqçilik pəncəsinə düşənlərin gücü çatar”.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Bütövlükdə Avropada 5 milyon həmvətənimiz yaşayır. Yüz minlərlə həmvətənimiz gələcəyini Almaniya, Fransa, Belçika və Avropanın şimalı hissəsində qurub", - deyə o, vurğulayıb. 
R.T.Ərdoğan qeyd edib ki, əgər Türkiyəyə qarşı ağılsız hücumlar bir kənara qoyulsa, rəsmi Ankara Avropa İttifaqına tam hüquqlu üzv olmağa hazırdır: "Vizanı sərbəstləşdirsəniz, qaçqınlara yardım etsəniz və münasibətlərin qurulmasında yeni səhfələr açsanız, onda biz də sizə xoş niyyət göstərəcəyik. “O qədər çörəyə, bu qədər köftə” düşər? Bizə nə versəniz o qədər də alacaqsınız. Avropa öz üzərinə düşənləri edərsə, biz də verdiyimiz sözə əməl edəcəyik. Əks təqdirdə özləri bilsin".
Prezident bildirib ki, terrorçu PKK-nın da sonu çatır: "Təhlükəsizlik qüvvələrimiz hər yerdə indiyədək keçirilməyən əməliyyatlar gerçəkləşdirilər. Şəhidlərimiz olur. Ancaq onlar da etdiklərinin əvəzini çox ağır ödəyirlər. Hədəfimiz onların kökünü kəsməkdir”.  

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-prezidenti-terrorcu-pkk-nin-da-sonu-catir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR