Törəmə Maliyyə Alətləri bazarı üzrə İnvestAZ İnvestisiya Şirkətinin həcmləri yenidən artır

Törəmə Maliyyə Alətləri bazarı üzrə İnvestAZ İnvestisiya Şirkətinin həcmləri yenidən artır
16:05 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Ölkənin yeganə fond birjası olan və Azərbaycanda Kapital bazarlarında mütəşəkkil ticarətin təşkilatçısı olan Bakı Fond Birjası bu ilin 2-ci və 3-cü rübündə Valyuta və Əmtəə əsaslı törəmə maliyyə alətlərinin ticarəti üzrə həcmlərin statistik göstəricilərini açıqlayıb. Bu ilin əvvəlindən cari ayın sonuna qədər 4 milyard manat həcmində alqı-satqı əməliyyatı həyata keçirilmişdir. Azərbaycanın kapital bazarlarında daim innovativ yenilikləri və strateji əqdlərin icraçısı olmaqla seçilən InvestAZ İnvestisiya Şirkəti bu növ əməliyyatların tamamına market - meyker xidməti göstərmişdir.

Əməliyyatlar həm valyuta, həm də əmtəə alətləri üzrə həyata keçirilib. Valyuta maliyyə alətlərində daha çox əməliyyat həcmi qeydə alınmışdır. Bu əməliyyatlar açıqlanan statistik göstəricilərə əsasən, sentyabr ayınının ikinci həftəsində baş verib. Əməliyyat həcmi isə 221.000.000 manata yaxın olub.

Qeyd edək ki, cari ilin əvvəlindən bugünə qədər formalaşan həcmlər üzrə Törəmə Maliyyə Alətləri bazarı yerli kapital bazarı həcmlərinin 80%-nə yaxın hissəsini təşkil edir.

"İnvest-AZ İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti 09.01.2016-cı il tarixli 087986 saylı lisenziya əsasında

1. qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi,
2. fərdi investorların portfelinin idarə edilməsi,
3. investisiya məsləhətlərinin verilməsi,
4. qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi,
5. qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi,
6. mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatların aparılması və
7. marja ticarəti kimi əsas,

1. müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən
2. qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi,
3. investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi,
4. qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması,
5. təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi və
6. əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi

kimi köməkçi investisiya xidmətlərinin verilməsi üzrə fəaliyyət göstərməkdədir.

"Qazanmağı öyrənmək əlinizdə!" Əsas şüarı olan şirkətin məqsədi Azərbaycanda maliyyə və investisiya alətlərini  inkişaf etdirmək ve bu sahəyə maraq göstərənlərə daim dəstək olmaqdır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/494811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR