Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistanda "Nairit" kimya zavodu müflis elan olundu

Ermənistanda "Nairit" kimya zavodu müflis elan olundu

Date: 1 December 2016 16:17

Ermənistanın strateji müəssisələrindən sayılan "Nairit" zavodunun müflisləşdiyi elan olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, Yerevanın Şenqavit Rayon Məhkəməsi "Ermənistan Elektrik Şəbəkəsi"nin zavodla bağlı müraciəti əsasında bu qərarı qəbul edib.

Məlumata görə, 2009-cu ilin mayında zavodun elektrik enerjisi ilə tchiz edilməsi haqda müəssiəsə ilə şəbəkə arasında müqavilə imzalanıb. Həmin tarixdən indiyədək zavodun şəbəkəyə 2,5 milyon dollara yaxın borcu var. Zavod ötən müddət ərzində bu borcu ödəyə bilməyib.
Qeyd edək ki, "Nairit" kimya zavodu öz işçilərinin də əmək haqlarını ödəyə bilmir. Zavodun binası qarşısında ödənilməyən maaşların verilməsi haqda fəhlələr dəfələrlə etiraz aksiyası keçiriblər. Zavodun işçilərə borcu 15 milyon dollardır.

Xatırladaq ki, bu zavod Ermənistanın strateji müəssisələrindən sayılır. Zavodun sahibi "Rhiniville Property Limited" şirkətidir. "Nairit" xloropren kauçuk istehsal edir. 2014-cü ilin əvvəlində Ermənistan hökuməti zavodu qoruyub saxlamaq üçün Rusiyanın "Rosneft" şirkəti ilə danışıqlar aparıldığını bəyan etmişdi. Ancaq 2014-cü ilin sentyabrında Ermənistanın energetika naziri "Rosneft"in zavoda sərmayə qoymaq planlarından xəbərsiz olduğunu deyib.

"Rhiniville Property Limited" şirkətinə məxsus olan zavodun istehsal etdiyi məhsula tələbat azaldığından 2008-ci ildən istehsalatı dayandırıb.

Milli.Az


Tags:  Ermənistanda Nairit kimya zavodu müflis elan olundu

RƏYLƏR


Top news