Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Salyanda 17 yaşlı oğlan bacısını qətlə yetirib

Salyanda 17 yaşlı oğlan bacısını qətlə yetirib

Ər arvadını yemək üstündə öldürdü - POMİDORLA BİŞİRMƏYİB DEYƏ (17 Mart 2017 15:03)
Bərdədə qardaş bacısını baltalayıb öldürdü (16 Mart 2017 16:59)
15 yaşlı qızını qətlə yetirən ata MƏHKƏMƏ QARŞISINDA (16 Mart 2017 13:34)

Tarix: 1 Dekabr 2016 16:32

Salyan.1 dekabr.REPORT.AZ/ Salyan rayonunda qətl hadisəsi baş verib. 
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Xurşud kəndində qeydə alınıb. 
Belə ki, ailə-məişət münaqişəsi zəmnində həmin kəndin sakini, 17 yaşlı Əkbər Rauf oğlu Əsədov bacısı, 18 yaşlı Fərqanə Əsədovanın ürək nahiyəsindən bir bıçaq zərbəsu vuraraq onu qətlə yetirib. 
Bacısını qətlə yetirdikdən sonra Ə.Əsədov Salyan Rayon Polis Şöbəsinə (RPŞ) gələrək könüllü təslim olub. O, bacısını qətlə yetirdiyi bıçağı da özü ilə RPŞ-yə gətirib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Teqlər:  Salyanda 17 yaşlı oğlan bacısını qətlə yetirib



RƏYLƏR


Top xəbərlər