Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çin benzin və dizel yanacağının qiymətini artırıb

Çin benzin və dizel yanacağının qiymətini artırıb

Date: 1 December 2016 16:47

Bakı. 1 dekabr. REPORT.AZ/ Çin hökuməti dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqədar dekabrın 1-dən avtomobil yanacağının pərakəndə satış qiymətinin qaldırılması ilə bağlı qərar qəbul edib.
“Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Çinin İnkişaf və İslahat İşləri üzrə Dövlət Komitəsi elan edib ki, benzinin 1 tonunun qiyməti 175 yuan (44 manat), dizel yanacağının 1 tonunun qiyməti isə 170 yuan (43 manat) qaldırılıb.
“Sinxua” agentliyinin məlumatına görə, bu ilin əvvəlindən Çin avtomobil yanacağının qiymətini 5 dəfə azaldıb, 8 dəfə artırıb. Nəticədə, bu il 1 ton benzinin qiyməti 480 yuan (121 manat), dizel yanacağının qiyməti 460 yuan (116 manat) qalxıb.


Tags:  Çin benzin dizel yanacağının qiymətini artırıb

RƏYLƏR


Top news