Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şahin Mustafayev: "Azərbaycan İranın digər şəhərlərinə birbaşa uçuşların təşkilində maraqlıdır"

Şahin Mustafayev: "Azərbaycan İranın digər şəhərlərinə birbaşa uçuşların təşkilində maraqlıdır"

Date: 1 December 2016 16:52

Bakı. 1 dekabr. REPORT.AZ/ İqtisadiyyat naziri, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Bakıda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, görüşdə İran nümayəndə heyətinin dekabrın 26-28-də Azərbaycanda nəzərdə tutulan səfəri çərçivəsində İqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının XI iclasının və Azərbaycan-İran biznes forumunun keçirilməsinə, eləcə də qarşılıqlı maraq doğuran digərə məsələlərə dair müzakirələr aparılıb.
Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini vurğulayıb. Səhiyyə, maliyyə, bank, nəqliyyat, ticarət sahələrində mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən nazir Şimal-Cənub nəqliyyat dəhlizinin önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından (Azərbaycan) İran sərhəddinədək olan 8,3 km-lik dəmir yolu xəttinin tikintisinin yekunlaşmaq üzrə olduğunu qeyd edib: "Nəqliyyat dəhlizinə bir sıra ölkələr də maraq göstərir. Azərbaycan-İran arasında ticarət əlaqələri inkişaf edir və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Azərbaycan tərəfi Bakı və Tehran arasında uçuşların sayının artırılmasında, İranın digər şəhərlərinə də birbaşa uçuşların təşkilində maraqlıdır".
M.Vaezi “Bakutel-2016” sərgi-konfransında iştirak məqsədilə Azərbaycanda səfərdə olduğunu və 10-a yaxın İran şirkətinin sərgidə iştirak etdiyini qeyd edib. İranlı nazir səfəri çərçivəsində Azərbaycanın dövlət başçısı ilə görüşdüyünü və ikitərəfli əlaqələrin inkişafı istiqamətində müzakirələrin aparıldığını vurğulayıb. Son zamanlar iki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətində bir çox işlərin görüldüyünü qeyd edən nazir əlaqələrin genişləndirilməsi perspektivlərinə və Dövlət Komissiyasının növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikirlərini bildirib.


Tags:  Şahin Mustafayev Azərbaycan İranın digər şəhərlərinə birbaşa uçuşların təşkilində maraqlıdır

RƏYLƏR


Top news