"Kəpəz"in futbolçusu: "Dostumu itirdim"

16:57 1 Dekabr 2016
79 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyannın “Şapekoense” klubunun təyyarəsinin qəzaya uğraması son günlərin ən kədərli xəbərlərindəndir. Fanat.Az xəbər veriri ki, faciəvi hadisədən “Kəpəz” PFK-nın kollektivi də sarsılıb. Gəncə təmsilçisinin üzvləri komandada çıxış edən braziliyalı Dario Frederiko və Renan Silvaya təskinlik verməyə çalışıblar.


Hər iki futbolçu kapazpfc.az saytına faciə ilə bağlı qısa fikirlərini bölüşüb:


Dario Frederiko: “Braziliya xalqı üçün kədərli günləri yaşayırıq, bu, bütün futbol dünyası üçün faciədir. Xəbəri eşidən kimi sarsıntı keçirdim, əvvəlcə belə bir şeyin baş verməsinə inanmaq çətin idi. Mənim üçün bu haqda danışmaq ağrılıdır. Təyyarə qəzasında həlak olanlardan biri ilə şəxsən tanış idim, yaxın münasibətlərimiz olub. Tiaqo Vieyranı nəzərdə tuturam. Dostumu itirdim, təəssüf edirəm”.


Renan Silva: “Dəhşətli faciədir, söz deməyə adamın dili tutulur. Biz braziliyalı futbolçular baş verən hadisədən daha çox sarsılmışıq. Yaşananlar haqda düşünmək asan deyil, əlimizdən heç nə gəlmir. Həlak olanların ailə üzvlərinin nə düşündükərini hiss etmək belə çətindir. Təyyarə qəzası çox qorxunc bir hadisədir, biz özümüz də bu nəqliyyat vasitəsindən tez-tez istifadə edirik. Bizim də başımıza belə bir hadisə gələ bilər. Faciə nəticəsində dünyasını dəyişənlərdən Kleber Santana ilə bir neçə dəfə bir-birimizə qarşı oynamışıq”.


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotin-futbolcusu-quotdostumu-itirdimquot-t54621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR