Ötən həftə nişanlanan Naz ayrıldı - video

Ötən həftə nişanlanan Naz ayrıldı -  video
17:06 1 Dekabr 2016
302 Şou
Ölkə mətbuatı
A- A+

“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişinə qatılan azərbaycanlı Naz ötən həftənin cümə günü Baha adlı gənclə nişanlanmışdı.

Axşam.az-ın məlumatına görə, Baha ötən gün proqrama gələrək ayrıldıqlarını deyib.

Bəy namizəd bildirib ki, ayrılığa səbəb Naz olub:

“Yaşamağa davam edirəm, amma Nazsız. Onun hərəkətlərini başa düşə bilmirəm. Həftənin bazar ertəsi bir yerdə idik. Ondan sonra kiçik bir davamız oldu. Çox əsəbidir, kiçik şeylərdən dava çıxarır. Sonra üzüyü çıxarıb atdı. Telefonlarıma cavab vermədi. Biz evlənməyə hazırlaşırdıq, hər addımda üzük qaytarmaq olmaz. Yaxşı qızdır, amma niyə belə edir başa düşmürəm. Bir də verilişə qatılmayacaq. Bu işdə ailələrimiz də pis olur. Kaş ki hər şey gözəl olsaydı. Ayrılmayaq deyə, nişan da etdik. Nəticədə alınmadı. Üzüyü atdı, mənə çox təsir etdi. Ona görə də barışmaq da təklif etmədim".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR