Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sərişinin ölümünə səbəb olan sürücüyə 5 İL 8 AY HƏBS

Sərişinin ölümünə səbəb olan sürücüyə 5 İL 8 AY HƏBS

Date: 1 December 2016 17:09

Sərnişinin ölümünə səbəb olmaqda təqsirləndirilən İbrahim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, İ. Məmmədov 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, bu il mayın 22-də saat 03 radələrində paytaxtın Nizami rayonu ərazisində Naxçıvan şəhər sakini İbrahim Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə İ.Məmmədovun sərnişinlərindən 25-30 yaşlı kişi hadisə yerində ölüb, özü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.


Tags:  Sərişinin ölümünə səbəb olan sürücüyə İL AY HƏBS


RƏYLƏR


Top news