Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AKP və MHP liderləri konstitusiya layihəsinin müzakirəsini başa çatdırıblar

AKP və MHP liderləri konstitusiya layihəsinin müzakirəsini başa çatdırıblar

Date: 1 December 2016 17:12

Bakı. 1 dekabr. REPORT.AZ/ Türkiyənin baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Binəli Yıldırım Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli ilə Çankayadakı iqamətgahında görüşüb.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, baş nazir və müxalifət lideri ölkə konstitusiyasına əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan layihəni müzakirə ediblər.
Görüşdən sonra B.Yıldırımla D.Bahçeli birgə mətbuat konfransı keçirib.
“Ən əhəmiyyətli dəyişiklik prezident partiyası ilə əlaqələrin davam etdirləcəyidir. Layihə AKP-nin adından Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək. Bu, MHP ilə uzlaşdırdığımız mətndir. Bir-iki gün ərzində dostlar bizim baxışlarımızı da nəzərə alaraq, layihəüzərində işi  yekunlaşdıracaqlar. Məclisdə layihə üzərində işlər tamamlandıqdan sonra 60 gün ərzində referenduma çıxarılması planlaşdırılır”, -deyə Binəli Yıldırım vurğulayıb. 


Tags:  AKP MHP liderləri konstitusiya layihəsinin müzakirəsini başa çatdırıblar

RƏYLƏR


Top news