Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Nalbandyan: "Məmmədyarovla görüşü istisna etmirəm"

Nalbandyan: "Məmmədyarovla görüşü istisna etmirəm"

Date: 1 December 2016 17:12

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Almaniyanın Hamburq şəhərində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünü istisna etmir.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun erməni bölməsi məlumat yayıb.

"İstisna olunmur, lakin görüşün baş tutacağı hələ təsdiqlənməyib", - deyə Nalbandyan müsahibəsində bildirib. 

Qeyd edək ki, Hamburq şəhərində ATƏT-in Xarici İşlər Nazirlərinin Şurasının iclası keçiriləcək. İclas çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə görüşü planlaşdırır. 

Milli.Az


Tags:  Nalbandyan Məmmədyarovla görüşü istisna etmirəm

RƏYLƏR


Top news