“Aygun City” ticarət mərkəzində “CinemaPlus” kinoteatrı açılacaq

“Aygun City” ticarət mərkəzində “CinemaPlus” kinoteatrı açılacaq
17:17 1 Dekabr 2016
122 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Paytaxtın Bakıxanov qəsəbəsində, “Aygun City” Ticarət mərkəzinin 3-cü mərtəbəsində “CinemaPlus” premium kinoteatrı açılacaq.
“Report”un xəbərinə görə, kinoteatrda dünya standartlarına cavab verən 7 zal və 395 oturacaq yeri var. Zallar rahat və yüksək səviyyəli kreslolar ilə təchiz olunub.
Kinomanlara unudulmaz anlar və ideal istirahət bəxş etmək imkanı bununla məhdudlaşmır. Təbii ki, film izləmək və bundan həzz almaq popkornsuz və soyuq içkilərsiz təsəvvüredilməzdir. Burada xoş və rahat istirahət üçün 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur.
Qeyd edək ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə “CinemaPlus 28 Mall”, “Cinema Plus Ganjlik Mall”, “Cinema Plus Amburan Mall” və Gəncə şəhərində yerləşən “Cinema Plus Khamsa” daxildir.
Ətraflı məlumat üçün "CinemaPlus"un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləmək mümkündür.
https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8
https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/aygun-city-ticaret-merkezinde-cinemaplus-kinoteatri-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR