Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu ölkə Azərbaycanda səfirlik açmaq niyyətindədir

Bu ölkə Azərbaycanda səfirlik açmaq niyyətindədir

Date: 1 December 2016 17:22

Peru Azərbaycanda səfirlik açmaq niyyətindədir.

Milli,Az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Perunun Xarici İşlər Nazirliyindən daxil olmuş notada həmin ölkənin siyasi-diplomatik, iqtisadi-ticarət, investisiya, mədəni və bir çox digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə yaxın zamanlarda iqamətgahı Bakı şəhərində olmaqla Azərbaycan Respublikasında səfirlik açmaq niyyəti ifadə olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi Peru Respublikasının bu qərarını alqışlayır və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafına töhfə verəcəyini bildirir.

Milli.Az


Tags:  ölkə Azərbaycanda səfirlik açmaq niyyətindədir

RƏYLƏR


Top news