Eldar Mansurov atasına məxsus kitabçanı və poçt markalarını Tarix Muzeyinə verib

Eldar Mansurov atasına məxsus kitabçanı və poçt markalarını Tarix Muzeyinə verib
17:22 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı 1 dekabr. REPORT.AZ/ Xalq artisti, bəstəkar Eldar Mansurov Milli Azərbaycan Tarixi Muzeyinə atası, Azərbaycan SSR xalq artisti, tarzən Bəhram Mansurova məxsus kitabça və anadan olmasının 105 illiyinə həsr olunan zərf, poçt markaları hədiyyə edib.
Muzeydən "Report"a verilən məlumata görə, hədiyyələrdən biri Mansurovlar nəslindən bəhs edən qırmızı rəngli miniatür kitabçadır.
Xüsusi qutuda yerləşən kitabçanın üzərində "Mansurovlar" sözü və sonuncuların ailə gerbi təsvir olunub. Muzeyə hədiyyə edilən zərfin üzərində isə B.Mansurova aid poçt markası və şəkil var. Qəbul edilən materiallar muzeyin Hədiyyələr və xatirə əşyaları və Köməkçi tarixi fənn materialları fondlarında saxlanılır. 
Məlumata görə, müxtəlif vaxtlarda şəxsən B.Mansurov tərəfindən təqdim edilən tar və qramafon valları da muzey fondlarında mühafizə olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/eldar-mansurov-atasina-mexsus-kitabcani-ve-poct-markalarini-tarixi-muzeyine-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR