Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rəcəb Tayyib Ərdoğan: ”Suriyadakı əməliyyatların hədəfi hər hansı şəxs deyil”

Rəcəb Tayyib Ərdoğan: ”Suriyadakı əməliyyatların hədəfi hər hansı şəxs deyil”

Date: 1 December 2016 17:27

Bakı. 1 dekabr. REPORT.AZ/ “”Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatının hədəfi hər hansı bir dövlət və ya şəxs deyil, sadəcə terror qruplaşmalarıdır”.
“Report” NTV televiziyasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan icra başçılarının Beştəpədə keçirilən 30-cu toplantısındakı çıxışında bildirib.
“Heç kimin şübhəsi olmasın, söylədiklərimizi də kimsə başqa şəkildə yozmasın. Dəfələrlə demişik ki, Türkiyə təkbaşına qalsa da terror qruplaşmalarına qarşı mübarizəni davam etdirəcək”, - deyə R.T.Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 100 gündür Suriyada “Fırat kalkanı” (“Fərat qalxanı“) adı altında əməliyyat həyata keçirir. 


Tags:  Rəcəb Tayyib Ərdoğan Suriyadakı əməliyyatların hədəfi hər hansı şəxs deyil

RƏYLƏR


Top news