Xatun Fatimədən 300 manata görə küsübmüş

Xatun Fatimədən 300 manata görə küsübmüş
17:31 1 Dekabr 2016
101 Şou
Ölkə mətbuatı
A- A+

Rəqqasə Fatimə Fətəliyevanın iki il əvvəl çəkdirdiyi “Om Shanti Om” klipi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, “Zarafat-zarafat” verilişinə qonaq olan yumor ustası Fərda Xudaverdiyev rəqqasədən şikayətlənib:

“Fatiməni hər görəndə ağlayıram. Guya məni klipində Şahruk Xan edəcəkdi. Sonra baxdım ki, mənim əvəzimə Ramal İsrafilovu çəkib”.

Proqramın aparıcısı, müğənni Xatun Əliyeva da rəqqasə ilə aralarında həmin ekran işinə görə inciklik yaşandığını söyləyib:

“Əvvəl mənə də demişdi ki, səni klipə çəkəcəm. Onun üstündə aramızda dava-dalaş oldu. Məndən pul istədi. Dedim, mən pul verənəm?”.

F.Fətəliyeva isə klip üçün ifaçılardan 300 manat istədiyini etiraf edib:

“Rejissor türk idi, əvvəl dedi pulsuz çəkirəm. Sonsa qonorar istədi, özü də yüksək məbləğ. Mən də endirim etdirdim, amma yenə də gücüm çatmadı. Klipdə çəkiləcək tanınmış dostlarıma dedim ki, mənə kömək edin. Hərəsindən 300 manat istədim, verən oldu”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62241

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR