Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya XİN başçısının müavini Azərbaycan XİN-də məsləhətləşmələr aparıb

Rusiya XİN başçısının müavini Azərbaycan XİN-də məsləhətləşmələr aparıb

Date: 1 December 2016 17:37

Bakı. 1 dekabr. REPORT.AZ/ Rusiyanın stats-katibi, xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycana işgüzar səfər edib.
"Report" Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 30-dan dekabrın1-dək baş tutan ikigünlük səfəri zamanı Q.Karasin Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla məsləhətləşmələr aparıb.
O, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb. Görüşlər zamanı ikitərəfli və beynəlxalq məsələlər müzakirə edilib.
Q.Karasin Bakıda olduğu müddətdə Azərbaycandakı rus icmasının fəalları ilə görüşüb və icmanın rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelini Rusiya dövlət mükafatı - "Dostluq ordeni" ilə təltif edib.


Tags:  Rusiya XİN başçısının müavini Azərbaycan XİN-də məsləhətləşmələr aparıb

RƏYLƏR


Top news