Bakı sakininin evindən 17 min manat pul və 20 min manatlıq qızıl oğurlanıb

Bakı sakininin evindən 17 min manat pul və 20 min manatlıq qızıl oğurlanıb
17:57 1 Dekabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakı sakininin evindən 17 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb.
"Report"un xəbərinə görə, hadisə Yasamal rayonu, 2-ci Alatava ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Nazim Hacıyevə məxsus fərdi yaşayış evində heç kimin olmadığı müddətdə naməlum şəxs və ya şəxslər pəncərəni açmaqla içəri daxil olublar və oradan 17 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-sakininin-evinden-17-min-manat-pul-ve-20-min-manatliq-qizil-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR