Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyanın valyuta ehtiyatları daha 4 mlrd. dollar azalıb

Rusiyanın valyuta ehtiyatları daha 4 mlrd. dollar azalıb

Date: 1 December 2016 18:02

Bakı. 1 dekabr. REPORT.AZ/ Rusiyanın qızıl-valyuta ehtiyatlarının həcmi 19-25 noyabr hesabat həftəsində 3,7 mlrd. ABŞ dolları və ya 0,95% azalaraq 385,7 mlrd. dollar təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb. 
Xatırladaq ki, 12-18 noyabr həftəsində də Rusiyanın qızıl-valyuta ehtiyatları 3,7 mlrd. dollar və ya 0,94% azalma göstərib. Beləliklə, Rusiaynın qızıl-valyuta ehtiyatlarında azalma 2 həftə ərzində 7,4 mlrd. dollar və ya 1,9% olub.
Qeyd edək ki, Rusianın qızıl-valyuta ehtiyatları özündə Mərkəzi Bank, Rifah Fondu və Ehtiyat Fondunun aktivlərini birləşdirir.


Tags:  Rusiyanın valyuta ehtiyatları mlrd dollar azalıb

RƏYLƏR


Top news