Qızılın qiyməti qısa müddətdə 1 045 dollar/unsiyaya kimi geriləyə bilər

Qızılın qiyməti qısa müddətdə 1 045 dollar/unsiyaya kimi geriləyə bilər
18:17 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Çin, ölkədən kapital axınının qarşısını almaq üçün qızıl idxalını məhdudlaşdırmaq qərarına gəlib. "Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə "The Financial Times" qəzeti məlumat yayıb. 
Məlumata görə, idxal lisenziyası olan bir sıra banklar son zamanlar qızıl idxalını həyata keçirə bilməyib. Bunun Çin hökumətinin yuanın ucuzlaşmasını əngəlləmək məqsədi ilə ölkədən dollar axınının qarşısını almaq üçün edildiyi bildirilir. Dünyanın ən böyük qızıl idxalçısı olan Çində qoyulan məhdudiyyətlər qızılın qiymətinə mənfi təsir edib və qızıl son iki gündə 2% ucuzlaşaraq 1 170 dollar/unsiyaya kimi geriləyib. Çin həmçinin yuandakı ucuzlaşmanın qarşısını almaq üçün dövlət şirkətlərinin xarici müqavilələrinə də məhdudiyyətlər qoyub.
Bununla yanaşı, yuanın ucuzlaşması Çinin daxili bazarında qızıla tələbi artırıb. Belə ki, qızıl Çində dünya bazarlarından 46 dollar/unsiya baha satılır. Bu barədə məlumatı Çinin maliyyə statistikası hesabatları şirkəti - "Wind information" yayıb.
"Report"un analitik qrupu bildirir ki, qısa müddət ərzində qızıl qiymətinin 1 045 dollar/unsiyaya qədər azalması mümkündür. Daha sonra qiymət 1 000 dollara qədər geriləyə bilər ki, bu qiymətdə də qlobal əmtəə bazarında alıcı tapılmasa qiymətin 870 dollar/unsiyaya düşəcəyi gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qizilin-qiymeti-qisa-muddetde-1-045-dollar-unsiyaya-kimi-gerileye-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR