Möhtəşəm Yeni İl konsertinin təfərruatları: Mənzil, avtomobil və səyahət bileti - FOTOLAR

Möhtəşəm Yeni İl konsertinin təfərruatları: Mənzil, avtomobil və səyahət bileti - FOTOLAR
18:28 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı Olimpiya Stadionunda baş tutacaq “ƏN Yeni İl” adlı konsert proqramı ilə bağlı mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, mətbuat konfransında stadionun direktoru Cavid Qarayev, BOS-un mətbuat katibi Cəmilə Mehdiyeva, Miri Yusif və proqramın aparıcısı İlkin Həsəni iştirak edib.

Cavid Qarayevin sözlərinə görə, konsertə giriş saat 18:00-da, şou isə gecə saat 20:00-da başlayacaq: “Konsert 20 min tamaşaçı üçün nəzərdə tutulub, bu günə kimi təxminən 2500 çox bilet satılıb. Ancaq biz ümidimizi itirmirik, 1 ay vaxtımız var. Azərbaycanlılar nədənsə hər işini sona saxlayır. Odur ki, ayın sonuna qədər biletlərin satışının artacağını düşünürük”.

C.Qarayev həm məşhurların, həm də tamaşaçıların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunacağını xüsusi vurğulayıb. O, eyni zamanda türkiyəli ulduzların konsertdə çıxış etmələrinə də aydınlıq gətirib: “Şou sahəsində azərbaycanlıların daha çox hansı ölkələrin müğənnilərinin sevməsini araşdırdıq və türklərin daha çox sevildiyi qənaətinə gəldik. Yerli sənətçilərə gəlincə, Miri Yusif və Röyanın dinləyici kütləsi daha çoxdur. Bu baxımdan onları sevənlərin konsertə gəlməyə daha çox təşəbbüs göstərəcəklərinə inanıram”.

Şou-proqramın aparıcısı İlkin Həsəni isə bu konsertin tamam fərqli formatda keçiriləcəyini ifadə edib: “Soyuqda, açıq havada və minlərlə tamaşaçı qarşısında aparıcılıq etmək böyük məsuliyyətdir. Üzərimə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışacağam”.

Bakı Olimpiya Stadionunun mətbuat katibi Cəmilə Mehdiyeva konsertdə hər bir müğənninin 10 mahnı ilə çıxış edəcəyini bildirib:" Konserti hansı ifaçının açıb, hansının bağlayacağı isə tamaşaçılar üçün sürpriz olacaq".

C.Mehdiyeva gecə saat 00.00-da bayram atəşfəşanlığının olacağını və konsert proqramının diskoteka ilə davam edəcəyini söyləyib: “Bundan başqa, tamaşaçıların rahatlığı üçün tədbir günü metronun iş vaxtı da uzadılıb, əlavə olaraq “Koroğlu” metro stansiyasından avtobuslar stadion istiqamətində, tədbirdən sonra əks istiqamətdə yola düşəcəklər”.

Məlumat üçün bildirək ki, konsertə biletləri “Iticket.az” saytından, "ASAN xidmət" mərkəzlərindən və şəhərin bütün kassalarından 9 manatdan başlayan qiymətlərlə əldə etmək olar.

Qeyd edək ki, “ƏN Yeni İl” konsertində yerli ulduzlar Röya və Miri Yusiflə yanaşı, türkiyəli ulduzları Hadisə, Demet Akalın, Murad Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmud Orxan çıxış edəcək.

Əlavə olaraq, əsl bayram əhval-ruhiyyəsi yaratmaq məqsədi ilə konsertin təşkilatçıları lotereya oyunları təşkil edəcək. Lotereyada qalib olan şəxslər bir mənzil və 2 avtomobillə mükafatlandıracaq. Hədiyyələr arasında Macarıstana 2 nəfərlik səyahət biletləri də daxildir. Hər biletin sahibi lotereyada iştirak edə bilər, lakin bunun üçün konsert günü stadiona gəlib biletin kötüyünü xüsusi lotodrama atmaq tələb olunur.

Aytən

Fotolar: Elçin Murad
































































RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Səfir: Azərbaycan və Ukrayna rəqabət aparmır, bir-birini tamamlayırlar

30 Aprel 2017 20:50

Türkiyədə terror hazırlayan 6 nəfər tutuldu

30 Aprel 2017 20:49

Şirkətdən oğurluq edən dəstə zərərsizləşdirildi

30 Aprel 2017 20:48

Şəban ayının qızıldan qiymətli 4 əməli

30 Aprel 2017 20:47

İstanbulda 1 may öncəsi əməliyyat

30 Aprel 2017 20:47

Dərinin göbələk xəstəlikləri

30 Aprel 2017 20:42

Ölən körpəyə dua

30 Aprel 2017 20:37

Məşhur aktrisa doğum günündə sərxoş oldu - FOTO

30 Aprel 2017 20:37

“Bakı Marafonu-2017” - FOTOLAR

30 Aprel 2017 20:33

Realiti-şou ulduzu hamilədir - FOTO

30 Aprel 2017 20:32

Vkontaktın qurucusu Pavel Durovla müsahibə - FOTO

30 Aprel 2017 20:32

Bugatti Veyron haqqında maraqlı faktlar - FOTO

30 Aprel 2017 20:27

Konyunktivit və onun növləri

30 Aprel 2017 20:22

Şiə məzhəbində də cümə namazının qeydsiz-şərtsiz qılmaq gərərkdir?

30 Aprel 2017 20:17

Ukrayna sutka ərzində 1 hərbçisini itirib, 6-sı yaralanıb

30 Aprel 2017 20:17

Infiniti-dən böyük krossover - FOTO

30 Aprel 2017 20:12

Pendir hansı xərçəng növündən qoruyur?

30 Aprel 2017 20:12

Ərdoğandan “Nədən bu qədər populuyarsınız” sualına cavab

30 Aprel 2017 20:05

Tayqerin yeni sevgilisi var - FOTO

30 Aprel 2017 20:05

Yer üzünün ən xoşbəxt və seçilmiş xalqları haqqında DÖRD MÜHÜM SİRR

30 Aprel 2017 20:03

Nəhl surəsinin 63-cü ayəsində Allah nə üçün özünə and içir?

30 Aprel 2017 19:57

DİM: İmtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək

30 Aprel 2017 19:53

Bəqərə surəsi 217-ci ayəsi dindən dönənlərin öldürüləcəyini deyir?

30 Aprel 2017 19:52

Hər gün istifadə etdiyimiz şeyləri görün kimlər YARADIBMIŞ... - FOTOLAR

30 Aprel 2017 19:52

«Bakı Marafonu 2017»dən maraqlı fotolar

30 Aprel 2017 19:50

"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

30 Aprel 2017 19:48

Azərbaycan futbol yığmasının İslamiada üçün yekun heyəti açıqlanıb

30 Aprel 2017 19:47

Ölüb dirilən uşağın İNANILMAZ NİTQİ: "İsanın ovucunda qırmızı..." - FOTOLAR

30 Aprel 2017 19:47

Tramp 100 illik ənənəni pozub

30 Aprel 2017 19:42

Hər xeyirli meyvə-tərəvəz xeyirli deyil?

30 Aprel 2017 19:42

Özbaşına dərman qəbulu gözə ziyan verə bilər

30 Aprel 2017 19:42

Roma derbisində dramatik sonluq - VİDEO

30 Aprel 2017 19:38

Məşhur alpinist donaraq öldü

30 Aprel 2017 19:37

Şəhərə köçsələr də, kənddən qurtula bilmədilər - FOTO

30 Aprel 2017 19:37

Dəfn mərasimində qadınlar iştirak edə bilər?

30 Aprel 2017 19:37

"Formula-1" üzrə Soçi Qran-Prisinə yekun vurulub

30 Aprel 2017 19:37

Bottas “Formula-1” üzrə Soçi Qran-prisində qalib gəldi

30 Aprel 2017 19:32

Öz məhsullarını vücudu ilə reklam etdi - FOTO

30 Aprel 2017 19:32

Amerikaya turist vizasını necə almaq olar ? – SƏNƏDLƏR

30 Aprel 2017 19:32

Maserati Levante təkmilləşdi - FOTO

30 Aprel 2017 19:27

Rövşən Lənkəranski haqda film çəkiləcək

30 Aprel 2017 19:27

38 yaşlı kişinin meyiti tapıldı

30 Aprel 2017 19:24

6 il 7 ay sonrakı qələbə sevinci

30 Aprel 2017 19:22

Ögeyananın doğma təsiri

30 Aprel 2017 19:22

“Çelsi”dən qələbə, "Mançester Siti” autsayderlə bacarmadı - YENİLƏNİR

30 Aprel 2017 19:17

“Fiorentina” uduzdu, "Milan" səfərdə büdrədi - YENİLƏNİR

30 Aprel 2017 19:17

Şaban ayının əməlləri

30 Aprel 2017 19:17

“Fənərbaxça” son dəqiqədə sevindi - YENİLƏNİR

30 Aprel 2017 19:17

Cocuq Mərcanlıda tank əleyhinə mina aşkarlandı

30 Aprel 2017 19:13

Fotoda neçə insan üzü var? - FOTO

30 Aprel 2017 19:12