"Qalatasaray" qış fasiləsinə qədər PLANI

"Qalatasaray" qış fasiləsinə qədər PLANI
18:37 1 Dekabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Kubokuna "Elazığspor" bərabərliyi (1:1) ilə başlayan "Qalatasaray" Superliqada qış fasiləsinə kimi maksimum nəticə göstərməyə çalışacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, rəhbərlik qarşıdakı 4 oyunda 12 xalı hədəfləyir. "Sarı qırmızılar"ı "Kasımpaşa", "Gaziantepspor", "Osmanlıspor" və "Alanyaspor"la oyunlar gözləyir. Xüsusilə Ankarada "Osmanlıspor"la qarşılaşmanın çətin olacağı indidən məlumdur. Komandanın baş məşqçisi Riekerink "Bursaspor"la matçda "Qalatasaray"ın oyunundan razı qalmış və bu tempdə davam etməyin vacibliyini vurğulamışdı. "Aslanlar" hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/494770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR