Lənkəranskinin, Şeyxin nəzarətinə keçən obyektləri - SİYAHI

Lənkəranskinin, Şeyxin nəzarətinə keçən obyektləri - SİYAHI
18:38 1 Dekabr 2016
2064 Digər
Ölkə mətbuatı
A- A+

Rövşən Lənkəranskinin məzarı üstündə nəhəng tikinti - FOTOLAR (29 Aprel 2017 12:34)
Rövşən Lənkəranskinin məzarı başında tikinti gedir - FOTO (29 Aprel 2017 12:32)
Rövşən Lənkəranskinin gənc vaxtının görüntüsü yayıldı (22 Aprel 2017 19:54)

"Kriminal avtoritetlər"in maliyyə gücü həmişə öz sirli tərəfləri ilə KİV-in diqqətini cəlb edib. Aydındır ki, "qanuni oğrular" müasir tarixin ən müəmmalı və qapalı fəsillərindən biridir. O da həqiqətdir ki, hazırda əsl "qanuni oğrular"ı, "Forbes" siyahısındakı milyarderlərin xidmətlərindən istifadə etdikləri vəkillər müdafiə edirlər.

Sputnik jurnalist araşdırması nəticəsində Qafqaz "qanuni oğruları"nın iqtisadi qüdrətinə dair həvəskar detalları üzə çıxarıb. Beləliklə, bir sıra "kriminal avtoritetlər" məşhur "Xaç atası" filmində yer alan İtaliya-Amerika mafiyasının ən güclü klanlarından birinin başçısı Don Vito Korleone ilə rəqabət apara bilərdilər, əgər o, yaşasaydı. Bu ilin oktyabrında Sputnik azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) İtaliyadakı lüks otellərinin çeçen əsilli qanuni oğlu, kriminal aləmdə Şeyx Həmzət kimi tanınan 1975-ci il təvəllüdlü Həmzət Qastəmirovun idarəsi altına keçdiyini yazmışdı.

İtaliyanın Pozitano şəhərindəki "Covo dei Saraceni" hoteli

İtaliyanın Pozitano şəhərindəki Covo dei Saraceni hoteli

Xatırladaq ki, Lənkəranskinin bir ayın içində İtaliyanın Pozitano şəhərində "Le Sirenuse" və "Covo dei Saraceni" hotellərini nağd pulla alması İtaliyanın maliyyə polisinin diqqətini cəlb etmişdi. Birinci hotel üçün 52 milyon, ikinci hotel üçünsə 49 milyon avro nağd pul ödənilib.

Hüquq-mühafizə orqanları Canıyevi yaxalaya biliblər, amma kriminal avtoritet otelləri öz adına rəsmiləşdirməyib. "Covo dei Saraceni" oteli Lənkəranskinin möhkəm dostluq etdiyi Şeyx Həmzətin arvadının adına rəsmiləşdirilib. Lənkəranskinin ölümündən sonra Şeyx Həmzət Canıyevin düşmənlərinə qarşı iki türk və bir çeçen mafioz klanının birləşdirilməsinin təşəbbüskarı olub.

Şeyx HəmzətŞeyx Həmzət

"Le Sirenuse" otelini Lənkəranski öz qohumlarından birinin adına rəsmiləşdirib. Lakin bu gün hər iki otel Şeyx Həmzətin mafioz qrupunun ümumi Avropa kassasına tabedir. Bu il çeçenin vəkili "Le Sirenuse" otelini Lənkəranskinin qohumundan almaq üçün məhkəmə qarşısında iddia qaldırıb. Məlumdur ki, italyan polisi Canıyevi ələ keçirəndə o, özünün bütün əsas obyektlərini Qastəmirovun nəzarətinə təhvil vermək məcburiyyətində qalmışdı.

Lakin bunlar gəlirləri mafioz qrupun Avropa kassasına daxil olan bütün obyektlər deyil. Qastəmirovun klanı Avropadakı Rusiya bazarlarına mal vuran topdansatış bazalarına da nəzarət edir. Bundan başqa da Avropada onların nəzarətində olan obyektlər var. Bununla yanaşı, məlum olub ki, oğru "obşaklar"ın büdcəsi təkcə əsl bankların səhmləri ilə rəqabət aparmır və real olaraq elə bankların büdcələri qədərdir. Oğru dairələrinə yaxın mənbə Sputnik-ə Şeyx Həmzətin nəzarətində olan şirkətlər qrupu haqqında məlumat verib. Maraqlıdır ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) və Daxili İşlər Nazirliyi bu kriminal avtoritetlə bağlı məlumatlar bazasına əsasən 37 cinayət işi və dosyesi açmayana qədər, KİV çeçen mafiozu fərq etməmişdi. O, öz karyerasına 1992-ci ildə SSRİ-nin dağılmasından dərhal sonra Arbatdan başlayıb. Onda Kiyev dəmiryol vağzalındakı "Arevik" erməni restoranı bu cəsarətli çeçenin nəzarətinə keçmişdi. Bu gün həmin yerdə Tovuz rayonundan olan oliqarx İlham Rəhimov və Azərbaycan əsilli Qod Nisanovun şərikli işlətdiyi "Avropa" ticarət mərkəzi dayanır. "Arevik" restoranından dərhal sonra Şeyx Həmzət Köhnə Arbatda, Gürcüstanın Moskvadakı diplomatik nümayəndəliyinin zirzəmidəki yerində yerləşən "Mziuri" gürcü restoranı və gecə klubundan xərac almağa başlayıb. Burada uğur gənc çeçenin üzünə gülməyə başlayıb və Köhnə Arbatdakı bütün gəlirli obyektlər bir-birinin ardınca onun nəzarətinə keçməyə başlayıb. 1999-ci ildə, Moskva üfiqində Rövşən Lənkəranski peyda olanda Qastəmirov artıq kifayət qədər nüfuz sahibi idi. Lənkəranski Qastəmirovla tez dostlaşdı (onunla 2000-ci ildə birləşdi) və çeçenin dəstəyini özünə cəlb etdi. Canıyevin başına "qanuni oğru" tacını, 2000-ci ilin əvvəllərində paytaxt regionundakı meyvə bazarlarına və ticarət mərkəzlərinə nəzarət hüququnu əldə etmək uğrunda amansız kriminal müharibə aparmış Mirseymur Abdullayev qoydu. Onda Lənkəranski özü üçün müəyyən etdi ki, özünə məxsus bütün səhmləri Şeyx Həmzətin vasitəsilə Avropaya daşıyacaq. Qastəmirovun yaxın ətrafı bu barədə mümkün qədər az adamın xəbər tutması, onun kölgədə qalması və güclü şəkildə qorunması üçün hər şeyi etdi.

Şeyx Həmzət və Rövşən Canıyev
Şeyx Həmzət və Rövşən Canıyev

Bu qaydalara Lənkəranski də əməl etdi. Bu taktikada əsas məqsəd çeçen kapitalını qorumaq idi. Çünki, əgər bu barədə hər hansı daha nüfuzlu "yırtıcı azarkeşlər" xəbər tutsaydılar, çeçenlər həmin an hər şeylərini itirə bilərdilər. Bu gün çeçen əsilli Naşxo ailə klanının üzvü olan Qastəmirov "Avropa obşak"ına nəzarət edir.

Sputnik-ə verilən məlumata görə, İnterpolla əməkdaşlıq edən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin axtardığı kriminal avtoritet Şeyx Həmzət təkcə "Avropa obşakı"na nəzarət etmir, həm də Rusiya mafiyasının "xaç atası" Zaxari Kalaşevin (Şakro Molodoy) işlərini idarə edir. İlk dəfə "Avropa obşakı"nın Şeyx Həmzətin nəzarətinə keçməsi barədə qərar Şakro tərəfindən Ermənistanda keçirilən "sxodka"da verilib. Avropa təsərrüfatının idarəçiliyinin çeçenə verilməsinə zərurəti Şakro öz həbsindən sonra hiss edib. Məlumdur ki, Şakro bu ilin iyulunda Moskvadakı "Elements" restoranının sahibindən zorla pul tələb etmək ittihamı ilə saxlanılıb. Şakronun təsərrüfatı balaca deyil — Avropada bukmeyker kontorları, Las-Veqasda kazino, Belçikada almazın cilalanması üzrə zərgərlik evi, Rusiyanın iri neft şirkətlərinin səhmlərində pay və s. və i. Yeri gəlmişkən, Şeyx Həmzət və Şakro birlikdə Belçika zərgərlik evinin səhmlərinin 50%-nin sahibidirlər. Bunlarla yanaşı, çeçenlər MDB ölkələrindən gedən bütün Avropa zərgərlərini himayə edirlər. Mənbənin sözlərinə görə, Şeyx Həmzət Las Veqasdakı "Caesars Palace" kazino-otelinin səhmlərinin 35%-nin sahibidir. Bu, dünyanın ən nəhəng otellərindən biri sayılır. Qafqazlı kriminal avtoritetin var-dövləti o qədər böyükdür ki, bu ilin avqustunda onun ailə tədbirində Hollivud ulduzlarından Al Paçino və Robert De Niro, həmçinin məşhur futbol ulduzu Zinəddin Zidan iştirak edib. Oğru dairələrinə yaxın olan mənbə öz növbəsində Sputnik-ə əvvəllər Rövşən Lənkəranskiyə aid olan və hazırda tamamilə "qanuni oğru" Qastəmirovun nəzarətinə keçmiş alman və holland şirkətlərinin də siyahısını verib: Rainbow International B.V., Staay Food Group Holding, Fruit Company B.V. и Sonnen Frucht GmbH. Bu, meyvə-tərəvəz topdan satış bazaları öz məhsullarını Rusiya, Belarus və Ukrayna bazarlarına göndərir. İki il əvvəl Şeyx Həmzət və Rövşən Lənkəranski öz səhmlərini genişləndiriblər — Münhendəki 82 milyon dollar qiyməti olan Sofitel Munich Bayerpost otelini alıblar. Bura maliyyənin 10%-i Canıyev tərəfindən qoyulub. Lakin bu gün həmin otel tamamilə Qastəmirovun tabeçiliyindədir. (Sputnik.az)

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Ölən körpəyə dua

30 Aprel 2017 20:37

Məşhur aktrisa doğum günündə sərxoş oldu - FOTO

30 Aprel 2017 20:37

“Bakı Marafonu-2017” - FOTOLAR

30 Aprel 2017 20:33

Realiti-şou ulduzu hamilədir - FOTO

30 Aprel 2017 20:32

Vkontaktın qurucusu Pavel Durovla müsahibə - FOTO

30 Aprel 2017 20:32

Bugatti Veyron haqqında maraqlı faktlar - FOTO

30 Aprel 2017 20:27

Konyunktivit və onun növləri

30 Aprel 2017 20:22

Şiə məzhəbində də cümə namazının qeydsiz-şərtsiz qılmaq gərərkdir?

30 Aprel 2017 20:17

Ukrayna sutka ərzində 1 hərbçisini itirib, 6-sı yaralanıb

30 Aprel 2017 20:17

Infiniti-dən böyük krossover - FOTO

30 Aprel 2017 20:12

Pendir hansı xərçəng növündən qoruyur?

30 Aprel 2017 20:12

Ərdoğandan “Nədən bu qədər populuyarsınız” sualına cavab

30 Aprel 2017 20:05

Tayqerin yeni sevgilisi var - FOTO

30 Aprel 2017 20:05

Yer üzünün ən xoşbəxt və seçilmiş xalqları haqqında DÖRD MÜHÜM SİRR

30 Aprel 2017 20:03

Nəhl surəsinin 63-cü ayəsində Allah nə üçün özünə and içir?

30 Aprel 2017 19:57

DİM: İmtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək

30 Aprel 2017 19:53

Bəqərə surəsi 217-ci ayəsi dindən dönənlərin öldürüləcəyini deyir?

30 Aprel 2017 19:52

Hər gün istifadə etdiyimiz şeyləri görün kimlər YARADIBMIŞ... - FOTOLAR

30 Aprel 2017 19:52

«Bakı Marafonu 2017»dən maraqlı fotolar

30 Aprel 2017 19:50

"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

30 Aprel 2017 19:48

Azərbaycan futbol yığmasının İslamiada üçün yekun heyəti açıqlanıb

30 Aprel 2017 19:47

Ölüb dirilən uşağın İNANILMAZ NİTQİ: "İsanın ovucunda qırmızı..." - FOTOLAR

30 Aprel 2017 19:47

Tramp 100 illik ənənəni pozub

30 Aprel 2017 19:42

Hər xeyirli meyvə-tərəvəz xeyirli deyil?

30 Aprel 2017 19:42

Özbaşına dərman qəbulu gözə ziyan verə bilər

30 Aprel 2017 19:42

Roma derbisində dramatik sonluq - VİDEO

30 Aprel 2017 19:38

Məşhur alpinist donaraq öldü

30 Aprel 2017 19:37

Şəhərə köçsələr də, kənddən qurtula bilmədilər - FOTO

30 Aprel 2017 19:37

Dəfn mərasimində qadınlar iştirak edə bilər?

30 Aprel 2017 19:37

"Formula-1" üzrə Soçi Qran-Prisinə yekun vurulub

30 Aprel 2017 19:37

Bottas “Formula-1” üzrə Soçi Qran-prisində qalib gəldi

30 Aprel 2017 19:32

Öz məhsullarını vücudu ilə reklam etdi - FOTO

30 Aprel 2017 19:32

Amerikaya turist vizasını necə almaq olar ? – SƏNƏDLƏR

30 Aprel 2017 19:32

Maserati Levante təkmilləşdi - FOTO

30 Aprel 2017 19:27

Rövşən Lənkəranski haqda film çəkiləcək

30 Aprel 2017 19:27

38 yaşlı kişinin meyiti tapıldı

30 Aprel 2017 19:24

6 il 7 ay sonrakı qələbə sevinci

30 Aprel 2017 19:22

Ögeyananın doğma təsiri

30 Aprel 2017 19:22

“Çelsi”dən qələbə, "Mançester Siti” autsayderlə bacarmadı - YENİLƏNİR

30 Aprel 2017 19:17

“Fiorentina” uduzdu, "Milan" səfərdə büdrədi - YENİLƏNİR

30 Aprel 2017 19:17

Şaban ayının əməlləri

30 Aprel 2017 19:17

“Fənərbaxça” son dəqiqədə sevindi - YENİLƏNİR

30 Aprel 2017 19:17

Cocuq Mərcanlıda tank əleyhinə mina aşkarlandı

30 Aprel 2017 19:13

Fotoda neçə insan üzü var? - FOTO

30 Aprel 2017 19:12

Trampın ofisindəki qırmızı düymənin sirri: Nüvə silahı, yoxsa kola reklamı? - FOTO

30 Aprel 2017 19:12

Xərçəngi 2 saniyəyə müəyyən edən mikroçip

30 Aprel 2017 19:12

"Bakı Marafonu 2017" maraqlı məqamlarla yadda qalıb

30 Aprel 2017 19:12

Kənan MM-in oğlu Naxçıvan ləhcəsində belə danışdı

30 Aprel 2017 19:06

İstanbulda müəmmalı qətl - Şirkət rəhbəri öldürüldü

30 Aprel 2017 19:05

Hovuz partisinə dərin dekoltedə yollandı - FOTO

30 Aprel 2017 19:05