Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiyanın regional xarici siyasət prioritetlərinə daxil edilib

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiyanın regional xarici siyasət prioritetlərinə daxil edilib
18:42 1 Dekabr 2016
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ "Rusiya post-sovet məkanında münaqişələrin siyasi və diplomatik həllinin fəal tərəfdarı kimi çıxış edir".
"Report"un verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiq edilmiş Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyasında deyilir.
Sənəddə bildirilir ki, Rusiya mövcud çoxtərəfli danışıqlar mexanizmi çərçivəsində 2009-2013-cü illərdə Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında göstərilən prinsiplər əsasında və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilə əməkdaşlıq edərək Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına çalışır. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/dagliq-qarabag-munaqisesinin-nizama-salinmasi-meselesi-rusiyanin-regional-xarici-siyaset-prioritetle

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR