At əti satanlar ələ keçdi - FOTO

At əti satanlar ələ keçdi - FOTO
19:13 1 Dekabr 2016
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) Publika.az-a verilən məlumata görə, 27, 28 və 29 noyabr tarixlərində qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumatlar əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində fəaliyyət göstərən heyvan kəsimi, ət qəbulu, saxlaması və satışı məntəqələrində reydlər keçirilib.

27 noyabrda Yevlaxda reyd zamanı Aşağı Bucaq kənd sakini Kərimov Nizami Paşa oğluna məxsus evin həyətinə baxış keçirilərkən qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 12 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar edilib.

Evin həyətində olan Nizami Kərimova məxsus 06 “Jiquli” markalı 10-KF-181 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, antisanitar şəraitdə avtomobilin yük yerinə yığılmış, üfunətli iy verən, çəkisi 170 kq olan hissələrə bölünmüş (3 ədəd bud və 3 ədəd qol qabırğalarla birlikdə) heyvan cəmdəyi, eləcə də həyətdə olan soyuducu kamerada 8 ədəd heyvan dərisi aşkar olunub.

Aşkar olunan hissələrə bölünmüş heyvan cəmdəklərinin qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Həmçinin həmin gün Aşağı Bucaq kənd sakini Rəsulov Telman Ağəli oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 4 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar olunub.

Soyuducu kamerada ümumi çəkisi 181 kq olan hissələrə bölünmüş heyvan cəmdəkləri (5 ədəd heyvanın bud əti və 5 ədəd heyvanın qol əti qabırğa ilə birlikdə), 1 ədəd heyvanın daxili orqanı (içalat), 2 ədəd iribuynuzlu heyvan başı və 8 ədəd heyvanın ayağı müəyyən edilmişdir. Eləcə də həyətdə olan 05 ”Jiquli” markalı 10-RH-638 dövlət qeydiyyat nişanlı furqonlu avtomobildə 5 ədəd iribuynuzlu heyvan dərisi aşkar edilib.

Aşkar olunmuş heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığına, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğurduğuna görə ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

27 noyabr 2016-ci il tarixində keçirilən reyd Bərdə rayonunda da davam etdirilib. Reyd zamanı Bərdə şəhəri, Səməd Vurğun küçəsi 15 nömrəli evin sahibi Məmmədov Əli Xanış oğlunun həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası aşkar olunmuşdur. Həyətdəki sallaqxananın yanında olan təkərli arabada təzə kəsilmiş 6 ədəd at dərisi, 4 ədəd atın arxa və qabaq ayaqları, 4 ədəd sümükdən ayrılmış at skeletləri, mötəviyyatla dolu qarın və bağırsaqları, eləcə də ağacdan asılmış 1 baş kəsilən atın tam formalaşmamış balası (dölü) və kəsilmiş atların qalıq tullantıları aşkar edilib.

Təzə kəsilmiş atların arabada aşkar olunan məhsullarından (dəri, ayaq, skelet, qarın, bağırsaqlar və tam formalaşmamış döldən) nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmiş, yerdə qalan atların qalıq tullantıları maddi sübut kimi müvəqqəti saxlamaq üçün Bərdə zona Baytarlıq Laboratoriyasına təhvil verilib.

Bərdədə keçirilən reyd zamanı Məmmədov Vəli Xanış oğluna məxsus Səməd Vurğun küçəsi 8 nömrəli, onun oğlu Məmmədov Alim Vəli oğluna məxsus Səməd Vurğun küçəsi 11 nömrəli və Novruzov Seyfəddin Vəliyəddin oğluna məxsus Səməd Vurğun küçəsi 9 nömrəli evlərin həyətlərinə baxış keçirərkən həyətlərdə qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançaları (sallaqxana) və meydançaların ətrafında çoxlu miqdarda qan gölməçələri aşkar edilib.

28 noyabr 2016-ci il tarixində qida təhlükəsizliyi ilə əlaqədar reyd Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən Abbasov Azər Abbasqulu oğlunun rəhbərlik etdiyi ət kombinatında davam etdirilib.

Reyd zamanı kombinatın 1 nömrəli soyuducu kamerasında ümumilikdə 480 kq çəkidə olan hər birinin çəkisi 20 kq, 24 ədəd karton qutuda hissələrə bölünmüş, dondurulmuş ət ( o cümlədən 9 qutu qoyun əti, 3 qutu malın bel əti, 7 qutu malın can əti, 5 qutu malın ağ və qaraciyərləri), 2 nömrəli soyuducu kamerada ümumi çəkisi 360 kq olan 4 ədəd iki hissəyə bölünmüş heyvan cəmdəyi, 2 ədəd heyvanın bud əti, 1 ədəd qol əti qabırğa ilə birlikdə, 1 yeşik sümükdən ayrılmış can əti və mal ətinin bel nahiyəsi, 3 nömrəli soyuducu kamerada isə ümumi çəkisi 1920 kq olan 28 ədəd iki hissəyə bölünmüş dondurulmuş heyvan cəmdəyi, 3 ədəd bud əti, 3 ədəd qol əti qabırğa ilə birlikdə 3 yeşik sümükdən ayrılmış ətlər aşkar olunub.

Kombinatın ətin sümükdən ayrılan şöbəsinə baxış keçirərkən orqanoleptik göstəriciləri qida üçün şübhə doğuran və baytarlıq müayinəsindən keçməyən çəkisi 120 kq olan 8 hissə təzə kəsilmiş heyvan ətləri, yuyucu sexin yanında xeyli miqdarda ətdən ayrılmış heyvan skeletləri və kəllə sümükləri aşkar oluub.

Ət kombinatında fəaliyyət göstərən istehsalat laboratoriyasına baxış keçirərkən 2 ədəd istifadəyə yararsız işıq mikroskopu, 1 ədəd soyuducu və 1 ədəd sentrifuqa müəyyən edilmişdir. Laboratoriyada müayinələrin aparılması üçün heç bir reaktiv və ləvazimatlar aşkar olunmayıb.

Kombinatda kəsimə gedən və kombinata daxil olan heyvan cəmdəklərinə müəssisə rəhbəri tərəfindən baytar həkimi vəzifəsinə təyin edilmiş Hüseynov Allahverdi Qardaşxan oğlunun heç bir müayinə aparmadan cəmdəklərə möhür vurması müəyyən edilib.

Aparılan araşdırma zamanı müəyyən olunub ki, istehsalat laboratoriyasında diri heyvanların qəbulu üçün axırıncı dəfə baytarlıq şəhadətnaməsi (Forma 1) 16 may 2016-cı ildə, hazır məsulların məxarici üçün isə baytarlıq şəhadətnaməsi (Forma 2) 25 may 2016-cı ildə olmuşdur. Ümumiyyətlə, istehsalat laboratoriyasında kombinata daxil olan heyvanların, ətlərin, aparılan müayinələrin və hazır məhsulların məxarici barədə jurnallarda heç bir qeydiyyat aparılmayıb.

Kombinatda aşkar olunan ət və ət məhsullarının çox hicssəsinin mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmadığı üçün istehsalat laboratoriyasında baytar həkimi Allahverdi Hüseynov tərəfindən heç bir müayinə aparılmadığı, eləcə də vizual baxış zamanı heyvan ətinin orqanoleptik göstəriciləri qida üçün şübhə doğurduğu üçün ümumilikdə 56 ədəd nümunə götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.
Məlumat əsasında 29 noyabr 2016-ci il tarixdə Bakı şəhəri, Heydər Əliyev prospekti 6-cı köndələn 2 ünvanında yerləşən “Azərət-süd İcarə Topdansatış Birliyi”nin soyuducu anbarlarına baxış keçirilib. Baxış zamanı birliyin anbarının 505 nömrəli soyuducu kamerasında saxlanılan Ağcabədi rayonunun Xocavənd kədi ərazisində yerləşən Abbasov Azər Abbasqulu oğlunun rəhbərlik etdiyi ət kombinatının 8581 kq sümüksüz heyvan əti, 2000 kq qoyun əti (qutularda qablaşdırılmış), Gəncliyə yardım fonduna məxsus 9450 kq dondurulmuş mal əti, 300 kq qoyun cəmdəkləridən müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Digər 301 nömrəli soyuducu kamerada istifadə müddəti bitmiş Çin mənşəli 7000 kq-a yaxın ağ balıq (beluqa), 302 nömrəli soyuducu kamerada isə istifadə müddəti bitmiş Estoniya (Tallin şəhəri) mənşəli 15000 kq miqdarında çapaq (leş) balığı aşkar edilmiş və onlardan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.
Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində keçirilən reydlər zamanı götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərarlar qəbul edilərək tədbirlər görüləcək.










RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Sabah hava necə olacaq?

30 Aprel 2017 12:58

Pakistanda mikroavtobusun dərəyə aşıb, 11 nəfər ölüb

30 Aprel 2017 12:57

Bərdədə qəza: ölən var - Sürücü qaçdı

30 Aprel 2017 12:57

Rusiyalı gimnast Bakıda Dünya Kubokunda qızıl medal qazanıb

30 Aprel 2017 12:55

Sabahdan Bakıda yeni qadağa qüvvəyə minir

30 Aprel 2017 12:53

Mosulda terakt: 14 polis öldürüldü

30 Aprel 2017 12:52

Dünyanın ən güclü orduları - Azərbaycan neçəncidir?

30 Aprel 2017 12:47

Kolumbiyada binanın çökməsi nəticəsində 20 nəfər ölüb

30 Aprel 2017 12:47

Aprel döyüşlərində heç vaxt yayımlanmayan görüntü ortaya çıxdı

30 Aprel 2017 12:43

"Bakı Marafonu"nun bürünc mükafatçısı: Bu, ən yaxşı marafondur

30 Aprel 2017 12:36

"Facebook"-un gəlirləri durmadan artır

30 Aprel 2017 12:34

Ermənistan Azərbaycana raket atdı, öz PUA-sını vurdu

30 Aprel 2017 12:33

Gürcüstanlı marafon iştirakçısı: Bakıda festival əhval-ruhiyyəsi var

30 Aprel 2017 12:29

Azərbaycanda 2 nəfər maşının altında qalıb öldü

30 Aprel 2017 12:29

İsgəndərin dövrünə aid sərdabə tapıldı: İçində tanınmış insan gizlədilib

30 Aprel 2017 12:28

Piyada zolağı ilə bağlı MÜHÜM DƏYİŞİKLİK

30 Aprel 2017 12:27

Dünyanı dəhşətə salan 10 manyak

30 Aprel 2017 12:24

"Heç vaxt salona getməmişəm..." - Ruhəngiz

30 Aprel 2017 12:22

İkinci Dünya Müharibəsini əks etdirən - NADİR FOTOLAR

30 Aprel 2017 12:13

28 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

30 Aprel 2017 12:09

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində

30 Aprel 2017 12:09

Pakistanda avtobus dərəyə düşüb: 11 ölü

30 Aprel 2017 12:08

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

30 Aprel 2017 12:07

"Pul qazanmaq üçün fəhləlik də edərəm" - Müğənnilərin əsl peşəsi

30 Aprel 2017 12:05

Buraya səfər etməyə qorxurlar, siz də getməyin

30 Aprel 2017 12:04

Saturnun atmosferindən yeni FOTOLAR

30 Aprel 2017 12:03

“Bakı Marafonu-2017”nin qalibləri məlum olub

30 Aprel 2017 12:02

Bakı-2017 həyəcanı öncəsi Xəzərdən başlaynan səyahət Qusara yetişdi

30 Aprel 2017 12:01

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda final yarışlarına start verilib

30 Aprel 2017 12:01

Karlo Ançelottinin rekordu

30 Aprel 2017 11:59

Marafonun qalibi: Bakı Marafonu-2017 mükəmməl bir yarış oldu

30 Aprel 2017 11:55

Ruhəngiz Musəvi ilk dəfə imicini dəyişdi

30 Aprel 2017 11:54

Yollar bağlandı, işçilər tətil elan etdi

30 Aprel 2017 11:54

Sabahın HAVAsı

30 Aprel 2017 11:52

Gələn həftənin ilk iş gününün proqnozu

30 Aprel 2017 11:50

İkinci yerin sahibi: Bakı Marafonu-2017 çox gözəl təşkil olunub

30 Aprel 2017 11:43

Bəzən ən yaxın dostlarımız onlar olur - SEVİMLİ FOTOLAR

30 Aprel 2017 11:38

"Ərə getməyəcəm, övladım olmur"

30 Aprel 2017 11:37

Sudanda qarşıdurma zamanı 12 nəfər ölüb, 17-si yaralanıb

30 Aprel 2017 11:32

Türkiyə vətəndaşı Bakı Marafonunun qalibi oldu

30 Aprel 2017 11:29

Bu gənc oğlan "Facebook"-dan 100 milyon dollar oğurladı - FOTO

30 Aprel 2017 11:27

3 il tualetdə yaşayan kişi həbs olundu

30 Aprel 2017 11:23

"Bakı Marafonu 2017" (FOTOREPORTAJ)

30 Aprel 2017 11:22

Şirvanda ağır yol qəzası

30 Aprel 2017 11:16

ABŞ-da güclü qasırğa: 5 ölü, 50 yaralı

30 Aprel 2017 11:09

57 yaşlı iştirakçı: Bakı Marafonu idman bayramıdır

30 Aprel 2017 11:08

Rusiya Dövlət Dumasının əməkdaşı: "Bakı Marafonu" sağlam həyat tərzini təbliğ edir

30 Aprel 2017 11:08

Bakıda vəzifəli şəxs adam öldürdü - Yeyib-içdikdən sonra

30 Aprel 2017 11:05

Bakıda vəzifəli şəxs öz dostunu öldürdü

30 Aprel 2017 10:59

İçki satmayan satıcı və qardaşı güllələndi - Türkiyədə dəhşətli hadisə

30 Aprel 2017 10:57