Bakıda və Yevlax, Bərdə, Ağcabədi rayonlarında qida təhlükəsizliyi ilə əlaqədar reydlər keçirilib

Bakıda və Yevlax, Bərdə, Ağcabədi rayonlarında qida təhlükəsizliyi ilə əlaqədar reydlər keçirilib
19:17 1 Dekabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərişıq” Mərkəzi Aranın enerji təminatını yaxşılaşdırıb (14 İyun 2017 14:09)
Tərtərdə pambıq sahəsinə baxış keçirilib: (08 İyun 2017 01:51)
DİM-dən sınaq imtahanları ilə bağlı AÇIQLAMA (27 May 2017 14:33)

Bakı. 1 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin qorunması, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan reydləri davam etdirir.
DBNX-dan "Report"a verilən məlumata görə, bu ilin 27, 28 və 29 noyabr tarixlərində qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumatlar əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində fəaliyyət göstərən heyvan kəsimi, ət qəbulu, saxlaması və satışı məntəqələrində reydlər keçirilib.
Noyabrın 27-də Yevlax rayonunda keçirilən reyd zamanı Aşağı Bucaq kənd sakini Kərimov Nizami Paşa oğluna məxsus evin həyətinə baxış keçirilərkən qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 12 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar edilib.
Evin həyətində olan Nizami Kərimova məxsus 06 “Jiquli” markalı 10-KF-181 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, antisanitar şəraitdə avtomobilin yük yerinə yığılmış, üfunətli iy verən, çəkisi 170 kq olan hissələrə bölünmüş (3 ədəd bud və 3 ədəd qol qabırğalarla birlikdə) heyvan cəmdəyi, eləcə də həyətdə olan soyuducu kamerada 8 ədəd heyvan dərisi aşkar olunub.
Aşkar olunan hissələrə bölünmüş heyvan cəmdəklərinin qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Həmçinin həmin gün Aşağı Bucaq kənd sakini Rəsulov Telman Ağəli oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 4 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar olunub.
Soyuducu kamerada ümumi çəkisi 181 kq olan hissələrə bölünmüş heyvan cəmdəkləri (5 ədəd heyvanın bud əti və 5 ədəd heyvanın qol əti qabırğa ilə birlikdə), 1 ədəd heyvanın daxili orqanı (içalat), 2 ədəd iribuynuzlu heyvan başı və 8 ədəd heyvanın ayağı müəyyən olunub. Eləcə də həyətdə olan 05 ”Jiquli” markalı 10-RH-638 dövlət qeydiyyat nişanlı furqonlu avtomobildə 5 ədəd iribuynuzlu heyvan dərisi aşkar edilib.
Aşkar olunmuş heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığına, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğurduğuna görə ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Noyabrın 27-də keçirilən reyd Bərdə rayonunda da davam etdirilmişdir. Reyd zamanı Bərdə şəhəri, Səməd Vurğun küçəsi 15 nömrəli evin sahibi Məmmədov Əli Xanış oğlunun həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası aşkar olunub. Həyətdəki sallaqxananın yanında olan təkərli arabada təzə kəsilmiş 6 ədəd at dərisi, 4 ədəd atın arxa və qabaq ayaqları, 4 ədəd sümükdən ayrılmış at skeletləri, mötəviyyatla dolu qarın və bağırsaqları, eləcə də ağacdan asılmış 1 baş kəsilən atın tam formalaşmamış balası (dölü) və kəsilmiş atların qalıq tullantıları aşkarlanıb.
Təzə kəsilmiş atların arabada aşkar olunan məhsullarından (dəri, ayaq, skelet, qarın, bağırsaqlar və tam formalaşmamış döldən) nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib, yerdə qalan atların qalıq tullantıları maddi sübut kimi müvəqqəti saxlamaq üçün Bərdə zona Baytarlıq Laboratoriyasına təhvil verilib.
Bərdədə keçirilən reyd zamanı Məmmədov Vəli Xanış oğluna məxsus Səməd Vurğun küçəsi 8 nömrəli, onun oğlu Məmmədov Alim Vəli oğluna məxsus Səməd Vurğun küçəsi 11 nömrəli və Novruzov Seyfəddin Vəliyəddin oğluna məxsus Səməd Vurğun küçəsi 9 nömrəli evlərin həyətlərinə baxış keçirərkən həyətlərdə qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançaları (sallaqxana) və meydançaların ətrafında çoxlu miqdarda qan gölməçələri aşkar edilib.
Noyabrın 28-də qida təhlükəsizliyi ilə əlaqədar reyd Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən Abbasov Azər Abbasqulu oğlunun rəhbərlik etdiyi ət kombinatında davam etdirilib.
Reyd zamanı kombinatın 1 nömrəli soyuducu kamerasında ümumilikdə 480 kq çəkidə olan hər birinin çəkisi 20 kq, 24 ədəd karton qutuda hissələrə bölünmüş, dondurulmuş ət ( o cümlədən 9 qutu qoyun əti, 3 qutu malın bel əti, 7 qutu malın can əti, 5 qutu malın ağ və qaraciyərləri), 2 nömrəli soyuducu kamerada ümumi çəkisi 360 kq olan 4 ədəd iki hissəyə bölünmüş heyvan cəmdəyi, 2 ədəd heyvanın bud əti, 1 ədəd qol əti qabırğa ilə birlikdə, 1 yeşik sümükdən ayrılmış can əti və mal ətinin bel nahiyəsi, 3 nömrəli soyuducu kamerada isə ümumi çəkisi 1920 kq olan 28 ədəd iki hissəyə bölünmüş dondurulmuş heyvan cəmdəyi, 3 ədəd bud əti, 3 ədəd qol əti qabırğa ilə birlikdə 3 yeşik sümükdən ayrılmış ətlər aşkar olunub.
Kombinatın ətin sümükdən ayrılan şöbəsinə baxış keçirərkən orqanoleptik göstəriciləri qida üçün şübhə doğuran və baytarlıq müayinəsindən keçməyən çəkisi 120 kq olan 8 hissə təzə kəsilmiş heyvan ətləri, yuyucu sexin yanında xeyli miqdarda ətdən ayrılmış heyvan skeletləri və kəllə sümükləri aşkarlanıb.
Ət kombinatında fəaliyyət göstərən istehsalat laboratoriyasına baxış keçirərkən 2 ədəd istifadəyə yararsız işıq mikroskopu, 1 ədəd soyuducu və 1 ədəd sentrifuqa müəyyən edilmişdir. Laboratoriyada müayinələrin aparılması üçün heç bir reaktiv və ləvazimatlar aşkar edilib.
Kombinatda kəsimə gedən və kombinata daxil olan heyvan cəmdəklərinə müəssisə rəhbəri tərəfindən baytar həkimi vəzifəsinə təyin edilmiş Hüseynov Allahverdi Qardaşxan oğlunun heç bir müayinə aparmadan cəmdəklərə möhür vurması müəyyənləşdirilib.
Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, istehsalat laboratoriyasında diri heyvanların qəbulu üçün axırıncı dəfə baytarlıq şəhadətnaməsi (Forma 1) 16 may 2016-cı ildə, hazır məsulların məxarici üçün isə baytarlıq şəhadətnaməsi (Forma 2) 25 may 2016-cı ildə olub. Ümumiyyətlə, istehsalat laboratoriyasında kombinata daxil olan heyvanların, ətlərin, aparılan müayinələrin və hazır məhsulların məxarici barədə jurnallarda heç bir qeydiyyat aparılmayıb.
Kombinatda aşkar olunan ət və ət məhsullarının çox hicssəsinin mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmadığı üçün istehsalat laboratoriyasında baytar həkimi Allahverdi Hüseynov tərəfindən heç bir müayinə aparılmadığı, eləcə də vizual baxış zamanı heyvan ətinin orqanoleptik göstəriciləri qida üçün şübhə doğurduğu üçün ümumilikdə 56 ədəd nümunə götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Məlumat əsasında bu il noyabrınm 29-da Bakı şəhəri, Heydər Əliyev prospekti 6-cı köndələn 2 ünvanında yerləşən “Azərət-süd İcarə Topdansatış Birliyi”nin soyuducu anbarlarına baxış keçirilmişdir. Baxış zamanı birliyin anbarının 505 nömrəli soyuducu kamerasında saxlanılan Ağcabədi rayonunun Xocavənd kədi ərazisində yerləşən Abbasov Azər Abbasqulu oğlunun rəhbərlik etdiyi ət kombinatının 8581 kq sümüksüz heyvan əti, 2000 kq qoyun əti (qutularda qablaşdırılmış), Gəncliyə yardım fonduna məxsus 9450 kq dondurulmuş mal əti, 300 kq qoyun cəmdəkləridən müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Digər 301 nömrəli soyuducu kamerada istifadə müddəti bitmiş Çin mənşəli 7000 kq-a yaxın ağ balıq (beluqa), 302 nömrəli soyuducu kamerada isə istifadə müddəti bitmiş Estoniya (Tallin şəhəri) mənşəli 15000 kq miqdarında çapaq (leş) balığı aşkar edilmiş və onlardan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində keçirilən reydlər zamanı götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərarlar qəbul edilərək tədbirlər görüləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.








RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda estetik əməliyyata girən 22 yaşlı model öldü

26 İyun 2017 08:03

İran Rusiyalı turistlər üçün vizaları ləğv edib

26 İyun 2017 07:57

Hər gün 1 qaşıq darçınlı bal yeməyin faydaları

26 İyun 2017 07:52

Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək

26 İyun 2017 07:43

"Bekhemi uzun müddət gözlədik, sonra Ronaldinyonu transfer etdik"

26 İyun 2017 07:42

Valideynlər övladlarını belə yamsıladılar - FOTO

26 İyun 2017 07:37

"Türkiyədən təklif almışdım, amma..."

26 İyun 2017 07:32

Çimərlikdə köpək balığı göründü - İnsanlar təxliyə edildi

26 İyun 2017 07:23

Yediyiniz meyvələrin tərkibindən xəbəriniz varmı? - SİYAHI

26 İyun 2017 07:22

Sakit okeanda zəlzələ baş verdi -

26 İyun 2017 07:20

"Qalatasaray"ın futbolçusu: "Fənərbağça"nın qapısına mütləq qol vuracam"

26 İyun 2017 07:17

Dünyanın ən heyrətamiz çimərlikləri - FOTO

26 İyun 2017 07:12

Yəməndə üsyançılar məsciddəki şəxslərə atəş açıblar: ölənlər və yaralananlar var

26 İyun 2017 07:07

Pəhriz saxlayanlar üçün kəsmikli bulka - RESEPT

26 İyun 2017 07:05

ABŞ-da 32 il qabaq həbsxanadan qaçan məhbusu tutulub

26 İyun 2017 06:50

Daşkəsən sakini bıçaqlandı

26 İyun 2017 06:43

Köhnə dəyirmanda ev - FOTO

26 İyun 2017 06:32

İŞİD tərəfdarları Ohayo ştatının hökumətinin saytlarını dağıdaraq Trampı hədələyiblər

26 İyun 2017 06:22

Pakistanda yanğın qurbanlarının sayı artdı

26 İyun 2017 05:59

ABŞ-da meşə yanğınları nəticəsində 1,5 min nəfər evakuasiya edilib

26 İyun 2017 05:55

Tovuzda 29 yaşlı oğlan alkoqoldan zəhərləndi

26 İyun 2017 05:48

Xorvatiya dağlarında qara ev - FOTO

26 İyun 2017 05:32

Meksikada silahlılar 4-ü uşaq olmaqla 11 nəfəri qətlə yetirib

26 İyun 2017 05:17

Argentinada qəza nəticəsində azı 12 nəfər ölüb, 20 xəsarət alıb

26 İyun 2017 05:15

Dəfn ediləndən 11 gün sonra atasına zəng etdi -

26 İyun 2017 05:12

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatdı

26 İyun 2017 04:53

İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub

26 İyun 2017 04:32

Maraqlı illüstrasiyalar - FOTO

26 İyun 2017 04:32

Kolumbiyada batmış gəmidə ölənlərin sayı 9 çatıb

26 İyun 2017 04:29

Sekslə məşğul olmaq bədənə necə təsir edir? -

26 İyun 2017 04:15

İran rusiyalı turistlər üçün vizaları ləğv etdi

26 İyun 2017 03:53

Meksikada silahlı hücum 11 nəfərin həyatına son qoyub

26 İyun 2017 03:36

Qadınların gündəlik həyatı belədir? - FOTO

26 İyun 2017 03:32

Sərnişin avtobusu qəzaya düşdü: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:29

Cocuq Mərcanlıda raket aşkarlandı -

26 İyun 2017 03:10

Qazax sakini pomidordan zəhərləndi

26 İyun 2017 03:08

Argentinada ağır yol qəzası baş verib: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:07

26 yaşlı oğlan bıçaqlandı - Daşkəsəndə

26 İyun 2017 02:59

Daşkəsəndə 26 yaşlı gənc bıçaqlanıb

26 İyun 2017 02:52

Reallıqdan daha gözəl - FOTO

26 İyun 2017 02:32

Göyərtəsində 150 turist olan gəmi batdı

26 İyun 2017 02:04

İki nəhəngin mübarizəsi -

26 İyun 2017 02:04

Bakıda beynəlxalq rəqs festivalı keçiriləcək

26 İyun 2017 01:48

Tovuz sakini spirtli içkidən zəhərlənib

26 İyun 2017 01:47

Qazaxda qadın pomidordan zəhərləndi

26 İyun 2017 01:44

İran Rusiyalı turistlər üçün vizaları ləğv edib

26 İyun 2017 01:36

Yaponiya: əfsanə və futurizm arasında - FOTO

26 İyun 2017 01:32

59 yaşlı qadın ağacdan yıxılaraq xəsarət aldı - Gəncədə

26 İyun 2017 01:29

Xalq artisti Qəndab Quliyeva VƏFAT ETDİ

26 İyun 2017 01:25

DƏHŞƏTLİ EPİDEMİYA: Vəba xəstəliyindən 1300 nəfər öldü

26 İyun 2017 01:18