At cəmdəkləri və bir tondan artıq yararsız ət aşkarlandı - FOTO

At cəmdəkləri və bir tondan artıq yararsız ət aşkarlandı - FOTO
19:17 1 Dekabr 2016
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) Milli.Az-a verilən məlumata görə, 27, 28 və 29 noyabr tarixlərində qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumatlar əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində fəaliyyət göstərən heyvan kəsimi, ət qəbulu, saxlaması və satışı məntəqələrində reydlər keçirilib.

27 noyabrda Yevlaxda reyd zamanı Aşağı Bucaq kənd sakini Kərimov Nizami Paşa oğluna məxsus evin həyətinə baxış keçirilərkən qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 12 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar edilib.

Evin həyətində olan Nizami Kərimova məxsus 06 "Jiquli" markalı 10-KF-181 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, antisanitar şəraitdə avtomobilin yük yerinə yığılmış, üfunətli iy verən, çəkisi 170 kq olan hissələrə bölünmüş (3 ədəd bud və 3 ədəd qol qabırğalarla birlikdə) heyvan cəmdəyi, eləcə də həyətdə olan soyuducu kamerada 8 ədəd heyvan dərisi aşkar olunub.

Aşkar olunan hissələrə bölünmüş heyvan cəmdəklərinin qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Həmçinin həmin gün Aşağı Bucaq kənd sakini Rəsulov Telman Ağəli oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 4 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar olunub.

Soyuducu kamerada ümumi çəkisi 181 kq olan hissələrə bölünmüş heyvan cəmdəkləri (5 ədəd heyvanın bud əti və 5 ədəd heyvanın qol əti qabırğa ilə birlikdə), 1 ədəd heyvanın daxili orqanı (içalat), 2 ədəd iribuynuzlu heyvan başı və 8 ədəd heyvanın ayağı müəyyən edilmişdir. Eləcə də həyətdə olan 05 "Jiquli" markalı 10-RH-638 dövlət qeydiyyat nişanlı furqonlu avtomobildə 5 ədəd iribuynuzlu heyvan dərisi aşkar edilib.

Aşkar olunmuş heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığına, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğurduğuna görə ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

27 noyabr 2016-ci il tarixində keçirilən reyd Bərdə rayonunda da davam etdirilib. Reyd zamanı Bərdə şəhəri, Səməd Vurğun küçəsi 15 nömrəli evin sahibi Məmmədov Əli Xanış oğlunun həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası aşkar olunmuşdur. Həyətdəki sallaqxananın yanında olan təkərli arabada təzə kəsilmiş 6 ədəd at dərisi, 4 ədəd atın arxa və qabaq ayaqları, 4 ədəd sümükdən ayrılmış at skeletləri, mötəviyyatla dolu qarın və bağırsaqları, eləcə də ağacdan asılmış 1 baş kəsilən atın tam formalaşmamış balası (dölü) və kəsilmiş atların qalıq tullantıları aşkar edilib.

Təzə kəsilmiş atların arabada aşkar olunan məhsullarından (dəri, ayaq, skelet, qarın, bağırsaqlar və tam formalaşmamış döldən) nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmiş, yerdə qalan atların qalıq tullantıları maddi sübut kimi müvəqqəti saxlamaq üçün Bərdə zona Baytarlıq Laboratoriyasına təhvil verilib.

Bərdədə keçirilən reyd zamanı Məmmədov Vəli Xanış oğluna məxsus Səməd Vurğun küçəsi 8 nömrəli, onun oğlu Məmmədov Alim Vəli oğluna məxsus Səməd Vurğun küçəsi 11 nömrəli və Novruzov Seyfəddin Vəliyəddin oğluna məxsus Səməd Vurğun küçəsi 9 nömrəli evlərin həyətlərinə baxış keçirərkən həyətlərdə qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançaları (sallaqxana) və meydançaların ətrafında çoxlu miqdarda qan gölməçələri aşkar edilib.

28 noyabr 2016-ci il tarixində qida təhlükəsizliyi ilə əlaqədar reyd Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən Abbasov Azər Abbasqulu oğlunun rəhbərlik etdiyi ət kombinatında davam etdirilib.

Reyd zamanı kombinatın 1 nömrəli soyuducu kamerasında ümumilikdə 480 kq çəkidə olan hər birinin çəkisi 20 kq, 24 ədəd karton qutuda hissələrə bölünmüş, dondurulmuş ət ( o cümlədən 9 qutu qoyun əti, 3 qutu malın bel əti, 7 qutu malın can əti, 5 qutu malın ağ və qaraciyərləri), 2 nömrəli soyuducu kamerada ümumi çəkisi 360 kq olan 4 ədəd iki hissəyə bölünmüş heyvan cəmdəyi, 2 ədəd heyvanın bud əti, 1 ədəd qol əti qabırğa ilə birlikdə, 1 yeşik sümükdən ayrılmış can əti və mal ətinin bel nahiyəsi, 3 nömrəli soyuducu kamerada isə ümumi çəkisi 1920 kq olan 28 ədəd iki hissəyə bölünmüş dondurulmuş heyvan cəmdəyi, 3 ədəd bud əti, 3 ədəd qol əti qabırğa ilə birlikdə 3 yeşik sümükdən ayrılmış ətlər aşkar olunub.

Kombinatın ətin sümükdən ayrılan şöbəsinə baxış keçirərkən orqanoleptik göstəriciləri qida üçün şübhə doğuran və baytarlıq müayinəsindən keçməyən çəkisi 120 kq olan 8 hissə təzə kəsilmiş heyvan ətləri, yuyucu sexin yanında xeyli miqdarda ətdən ayrılmış heyvan skeletləri və kəllə sümükləri aşkar oluub.

Ət kombinatında fəaliyyət göstərən istehsalat laboratoriyasına baxış keçirərkən 2 ədəd istifadəyə yararsız işıq mikroskopu, 1 ədəd soyuducu və 1 ədəd sentrifuqa müəyyən edilmişdir. Laboratoriyada müayinələrin aparılması üçün heç bir reaktiv və ləvazimatlar aşkar olunmayıb.

Kombinatda kəsimə gedən və kombinata daxil olan heyvan cəmdəklərinə müəssisə rəhbəri tərəfindən baytar həkimi vəzifəsinə təyin edilmiş Hüseynov Allahverdi Qardaşxan oğlunun heç bir müayinə aparmadan cəmdəklərə möhür vurması müəyyən edilib.

Aparılan araşdırma zamanı müəyyən olunub ki, istehsalat laboratoriyasında diri heyvanların qəbulu üçün axırıncı dəfə baytarlıq şəhadətnaməsi (Forma 1) 16 may 2016-cı ildə, hazır məsulların məxarici üçün isə baytarlıq şəhadətnaməsi (Forma 2) 25 may 2016-cı ildə olmuşdur. Ümumiyyətlə, istehsalat laboratoriyasında kombinata daxil olan heyvanların, ətlərin, aparılan müayinələrin və hazır məhsulların məxarici barədə jurnallarda heç bir qeydiyyat aparılmayıb.

Kombinatda aşkar olunan ət və ət məhsullarının çox hicssəsinin mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmadığı üçün istehsalat laboratoriyasında baytar həkimi Allahverdi Hüseynov tərəfindən heç bir müayinə aparılmadığı, eləcə də vizual baxış zamanı heyvan ətinin orqanoleptik göstəriciləri qida üçün şübhə doğurduğu üçün ümumilikdə 56 ədəd nümunə götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Məlumat əsasında 29 noyabr 2016-ci il tarixdə Bakı şəhəri, Heydər Əliyev prospekti 6-cı köndələn 2 ünvanında yerləşən "Azərət-süd İcarə Topdansatış Birliyi"nin soyuducu anbarlarına baxış keçirilib. Baxış zamanı birliyin anbarının 505 nömrəli soyuducu kamerasında saxlanılan Ağcabədi rayonunun Xocavənd kədi ərazisində yerləşən Abbasov Azər Abbasqulu oğlunun rəhbərlik etdiyi ət kombinatının 8581 kq sümüksüz heyvan əti, 2000 kq qoyun əti (qutularda qablaşdırılmış), Gəncliyə yardım fonduna məxsus 9450 kq dondurulmuş mal əti, 300 kq qoyun cəmdəkləridən müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Digər 301 nömrəli soyuducu kamerada istifadə müddəti bitmiş Çin mənşəli 7000 kq-a yaxın ağ balıq (beluqa), 302 nömrəli soyuducu kamerada isə istifadə müddəti bitmiş Estoniya (Tallin şəhəri) mənşəli 15000 kq miqdarında çapaq (leş) balığı aşkar edilmiş və onlardan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində keçirilən reydlər zamanı götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərarlar qəbul edilərək tədbirlər görüləcək.

Milli.Az










RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Dəməşqdə güclü partlayış

27 Aprel 2017 09:29

Məşhur rejissor vəfat etdi

27 Aprel 2017 09:28

7 il sonra vurulan 100-cü qol

27 Aprel 2017 09:27

Sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasında dəyişiklik edilib

27 Aprel 2017 09:27

Sektor müdiri: "Bəzən ödəniş tələb olunmayan yerdə pasiyentdən ödəniş də tələb edilir"

27 Aprel 2017 09:27

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.04.2017)

27 Aprel 2017 09:22

Dollar sabit qaldı

27 Aprel 2017 09:21

Azərbaycanda daha bir çörək istehsalçısı səhmdarlarına hesabat verəcək

27 Aprel 2017 09:17

Almaniya kubokunda finalçılar bəlli oldu

27 Aprel 2017 09:17

UNEC tələbələri “Əcnəbi tələbələrin fikir platforması”nın qalibi olub

27 Aprel 2017 09:14

Dəməşq aeroportunda güclü PARTLAYIŞ

27 Aprel 2017 09:13

"Fənərbağça" əzmkarlıqla şansını qorudu

27 Aprel 2017 09:12

Azərbaycan Beynəlxalq Bankında elektron poçt sistemi qurulacaq

27 Aprel 2017 09:12

Yeni prosessorlu ilk kompüterlər satılacaq

27 Aprel 2017 09:05

18+ filmlərin iranlı ulduzu futbolçunu biabır etdi

27 Aprel 2017 09:05

CANLI YAYIMDA Quran oxuyarkən canını tapşırdı - VİDEO

27 Aprel 2017 09:03

Lənkəranda ağır yol qəzası baş verib

27 Aprel 2017 08:57

Tramp: "Assanjın həbsinin əleyhinə deyiləm"

27 Aprel 2017 08:57

Kibercinayətkarlar hansı proqramlara üstünlük verirlər?

27 Aprel 2017 08:52

"Türkiyə Somalini bundan sonra da dəstəkləməyə hazırdır" - Ərdoğan

27 Aprel 2017 08:47

Almaniyada kibercinayətkarlıq 80% artıb

27 Aprel 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

27 Aprel 2017 08:47

XİN rəhbəri: "Biz Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edirik"

27 Aprel 2017 08:43

Venesuela Amerika Dövlətləri Təşkilatını tərk edəcək

27 Aprel 2017 08:42

HTC virtual reallıq peyki buraxacaq

27 Aprel 2017 08:42

ABŞ-da atışma: polis əməkdaşı ölüb - YENİLƏNİB - FOTO

27 Aprel 2017 08:37

Tramp tvitini 3 saata tamamladı

27 Aprel 2017 08:37

Peskov Putin və Trampın görüşü barədə məlumatı təkzib edib

27 Aprel 2017 08:32

Elektronika ərlə arvadı barışdıracaq

27 Aprel 2017 08:32

Obama: "Selfi çəkdirərkən diqqətli olun!"

27 Aprel 2017 08:27

Rusiyada 4,8 bal gücündə zəlzələ olub

27 Aprel 2017 08:22

"Ağıllı” eynək gözlərək kömək edəcək

27 Aprel 2017 08:22

ABŞ-ın hərbi helikopteri qəzaya uğradı

27 Aprel 2017 08:18

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb

27 Aprel 2017 08:17

“30 il sonra robotlar yüksək vəzifələr tutacaq” - Cek Ma

27 Aprel 2017 08:17

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib

27 Aprel 2017 08:12

Kosmik zibil təmizlənəcək

27 Aprel 2017 08:12

Saçdan min dəfə nazik borucuq yaradılıb

27 Aprel 2017 08:05

İranda sərhəd polisi və cinayətkarlar arasında toqquşma: 8 ölü, 4 yaralı

27 Aprel 2017 08:05

Metro üçün LTE istifadəyə verildi

27 Aprel 2017 08:05

Bakıda avtomobil 37 yaşlı kişini vurdu

27 Aprel 2017 08:03

Bakıda 22 yaşlı gənc ağzından bıçaqlanıb

27 Aprel 2017 08:02

“Naxçıvanda cəviz ağacları soyqırıma məruz qalır” deyənlərin cavabı verildi - VİDEO

27 Aprel 2017 07:58

Bakıda "Lada” avtomobili maneəyə çırpılıb, xəsarət alan var

27 Aprel 2017 07:52

Bakıda “Lada” maneəyə çırpıldı: Sürücü yaralandı

27 Aprel 2017 07:44

ABŞ-da polisi öldürdülər

27 Aprel 2017 07:43

PSJ “Monako”nun daşını daş üstə qoymadı - VİDEO - FOTO

27 Aprel 2017 07:37

Mexikoda ikimərtəbəli mənzil - FOTO

27 Aprel 2017 07:32

“Barselona”dan 7, “Real”dan 6 qol - FOTO

27 Aprel 2017 07:27

“Airbuds Air Translator” dil baryerini aradan qaldıracaq

27 Aprel 2017 07:22