SOCAR noyabrda ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb

SOCAR noyabrda ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb
19:37 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ SOCAR bu ilin noyabrında ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb.  
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumatda bildirilir.
Məlumata görə, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin noyabr ayında 83 min 12 ton dizel yanacağı, 2 min 843 ton təyyarə yanacağı, 8 min 104 ton yüksək təzyiqli polietilen, 6 min 190 ton maye piroliz qətranı, 3 min 402 ton propilen və 3min 600 ton butilen butadiene fraksiyası ixrac edib.
Ümumilikdə 2016-cı ilin yanvar-noyabr ayları ərzində 676 min 171 ton dizel yanacağı, 174 min 35 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 76 min 726 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 57 min 577 ton maye piroliz qətranı, 37 min 554 ton propilen və 18 min 766 ton butilen butadien fraksiyası ixrac olunub. 
Bu ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) -471,35 ABŞ dolları, təyyarə yanacağının -440,42 dollar, dizel yanacağının -408,57 dollar, 1% kükürdlü mazutun qiyməti -257,85 dollar, yüksək təzyiqli polietilenin -1213,75 dollar, butilen butadien fraksiyasının -524,70 dollar, maye piroliz qətranının -471,35 dollar, propilenin qiyməti -755 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti -918 avro təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-noyabrda-ixrac-etdiyi-neft-mehsullarinin-hecmini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR